Qeydiyyat    Giriş
Sayta giriş
» » » Şəhər sakinlərinin problemi - xroniki intoksikasiya
Xəstəliklər / Yoluxucu xəstəliklər

Şəhər sakinlərinin problemi - xroniki intoksikasiya



 
 
 

Böyük şəhərlərdə yaşayan insanların əksər hissəsində xroniki intoksikasiyanın simptomları müşahidə olunur.

Bu ilk növbədə meqapolislərin pis ekoloji şəraiti ilə bağlıdır - burada hava və su müxtəlif toksiki maddələrlə olduqca zəngindir. Digər tərəfdən meqapolis sakilərin qəbul etdiyi qidanı da ekoloji təmiz hesab etmək çətindir.

İnsan orqanizmi özü-özünü təmizləmə və bərpa etmə xüsusiyyətlərinə malikdir. Bağırsaq, qara ciyər, böyrəklər, ağ ciyər yorulmadan ziyanlı maddələri zərərsizləşdirir və orqanizmdən xaric edirlər. Lakin bu maddələrin miqdarı çox olduqda bu orqanlar böyük yükləmələrlə işləyir ki, nəticədə bu orqanların fəaliyyətində pozulmalar baş verir.

Bundan əlavə orqanizmdə yığılan toksiki maddələr qana düşərək orqanizm boyu yayılır və müxtəlif orqanların fəaliyyətinə mənfi təsir edir. Xroniki intoksikasiya özünü bu kimi əlamətlərlə büruzə verir:

- səbəbsiz yorğunluq və zəiflik, əsəbilik, iş qabiliyyətinin aşağı olması, baş ağrıları, yuxunun pozulması. Bu xroniki intoksikasiyanın sinir sisteminə mənfi təsiri ilə bağlıdır. İntoksikasiyadan ilk növbədə məhz sinir sistemi əziyyət çəkir.

- immunitetin zəifləməsi - insan daha tez-tez soyuqdəymə xəstəliklərinə tutulur, daha gec sağalır, xroniki xəstəliklər və infeksiyalar kəskinləşməyə başlayır, insanda tez-tez allergik reaksiyalar olur və s.

- mədə-bağırsaq sisteminə pozulmalar - köp, ishal, qəbizlik, qarın ağrıları.

- dərinin vəziyyətinin pisləşməsi - dəridə tez-tez səpgilər əmələ gəlir, dəri öz elastikliyini itirir, solğun və qocalmış görünür.

- saçlar tökülməyə başlayır, daha cansız görünür.

- dırnaqlar kövrək olur, öz parıltısını itirir.

Əgər siz özünüzdə bu kimi əlamətlərin olmasını müşahidə edirsinizsə, bu o deməkdir ki, siz xroniki intoksikasiyadan əziyyət çəkirsiniz.

Xroniki intoksikasiya ilə mütləq mübarizə aparmaq lazımdır. Bunun üçün bu kimi sadə qaydalara əməl edin:

- Mümkün qədər çox təmiz su için (dükanlarda butulkalarda satılan su). Su orqanizmdən ziyanlı maddələrin çıxmasını sürətləndirir.

- Fast-fud qidalardan tam imtina edin, ev yeməklərinə üstünlük verin.

- Qidalanmanızda daim yerli və mövsümə uyğun meyvə-tərəvəz olmalıdır. Meyvə-tərəvəz qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqlarda olan ziyanlı maddələri "süpürüb" çıxardır.

- Süd məhsulları orqanizmə çox gözəl detoks təsiri göstərir. Süd məhsullarını (qatıq, ayran, xama, kəsmik və s.) mümkün qədər tez-tez qəbul edin.

- Yarmalar da (qarabaşaq, yulaf, darı, düyü və s.) bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir, bağırsaqları yaxşı təmizləyir.

- Bir çox müalicəvi bitkilər (çobanyastığı, itburnu, solmazçiçəyi və s.) orqanizmi ziyanlı maddələrdə təmizləmək xüsusiyyətinə malikdir. Apteklərdə qara ciyər, böyrəklər üçün olan xüsusi müalicə çaylar satılır. Bu çaylardan istifadə etmək olar.

- Orqanizmi əsaslı şəkildə təmizləmək istəyənlər özlərinə həftədə 1 dəfə detoks günü təyin etməlidir. Axşamdan 1 stəkan ilıq suda 1 xörək qaşığı buğda kəpəyi isladın və səhər acqarına qarışdırıb için. Gün ərzində yalnız çiy meyvə-tərəvəz yemək və bol su içmək lazımdır.



loading...
Müəllif: Nermine Mahmudova  5-01-2016, 18:00   Baxılıb: 971   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.