Qeydiyyat    Giriş
Sayta giriş
» » » Ürək-damar və qan sistemi İnsanın sağlamlığı onun qan qrupu ilə bağlıdır. Təəccüblü faktlar!
Xəstəliklər / Ürəyin və damarların xəstəlikləri

Ürək-damar və qan sistemi İnsanın sağlamlığı onun qan qrupu ilə bağlıdır. Təəccüblü faktlar!



 
 


  Tibdə insanın qan qrupunun onun sağlamlığına olan təsiri ilə bağlı çox maraqlı nəzəriyyə var.
 Belə ki, belə hesab olunur ki, I(0) qan qrupu olan insanlarda mədə-bağırsaq sistemi xəstəliklərinə (xüsusilə mədə və 12 barmaq bağırsağı xorasına) daha tez-tez təsadüf edilir. Bunun səbəbini həkimlər bu insanların selikli qişalarında (o cümlədən, mədə-bağırsaq sistemi selikli qişalarında) aqqlütinogenlərin olmaması ilə əlaqələndirir. Bu aqqlütinogenlər müdafiə funksiyasını yerinə yetirir. Aqqlütinogenlər olmadıqda müdafiə zəifləyir və nəticədə selikli qişalar (xüsusilə mədə-bağırsaq sisteminin selikli qişaları) mənfi təsirlərə qarşı daha davamsız olur ki, mədə-bağırsaq sistemində müxtəlif xəstəliklər - qastrit, xora xəstəlikləri, kolit - inkişaf edir.
II(A) qan qrupuna aid olan insanlarda bu kimi xəstəliklərin inkişafı riski artmış olur: revmatik xəstəliklər, şəkərli diabet, qan xəstəlikləri, allergiyalar, ürəyin işemik xəstəliyi, qara ciyər xəstəlikləri, onkoloji xəstəliklər.
III(B) qrupuna aid olan insanlar bəzi viris və mikrobların təsirinə qarşı daha davamsızdır. Bu səbəbdən onlarda nəfəsalma sistemi xəstəlikləri, infeksion xəstəliklər, sepsis, qadınlarda irinli mastit kimi xəstəliklərinə tez-tez təsadüf edilir.
IV(AB) qrupuna aid olan insanlarda qan xəstəlikləri, infeksion xəstəliklər, dayaq-hərəki sistemi xəstəlikləri (sümük və oynaqlar xəstəlikləri) daha tez-tez inkişaf olur.


Müəllif: Nermine Mahmudova  4-10-2017, 22:36   Baxılıb: 1 843   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.