Qeydiyyat    Giriş
Sayta giriş
» » » Həyatınızda çox şey yolunda getmir və uğursuzluq sizi izləyirsə..Uğursuzluğa qalib gəlməyin ƏN EFFEKTİV ÜSULLARI
Psixiki pozğunluqlar / Digər

Həyatınızda çox şey yolunda getmir və uğursuzluq sizi izləyirsə..Uğursuzluğa qalib gəlməyin ƏN EFFEKTİV ÜSULLARI



Həyatınızda çox şey yolunda getmir və uğursuzluq sizi izləyirsə..Uğursuzluğa qalib gəlməyin ƏN EFFEKTİV ÜSULLARI
Uğursuz olmaq lazımdır ki, daha çox öyrənmə imkanı əldə edəsiniz. Hər bir işdə mükəmməl olan insan necə də monoton səslənir, elə deyilmi?

Uğursuzluğa düçar olduğunuz zaman özünüzə aşağıdakı sualları verin:

Nə öyrəndim?
Bu uğursuzluğun gələcəkdə qazanacağım uğurlara necə təsiri olacaq?
Növbəti dəfə cəhd etdiyim zaman nəyi fərqli edəcəyəm?
Uğursuzluqlardan nəticə çıxarmaq vaxtımızın və səylərimizin hədər getmədiyini göstərir. Çünki bu uğursuzluqlar bizim üçün bir təcrübədir və bu təcrübələr növbəti cəddə daha uğurlu olma ehtimalımızı gücləndirir.

Sizdən əvvəl uğursuz olmuş insanları xatırlayın.
Bəzən insanlar bir işə başladıqları zaman dərhal uğur qazanmaq istəyirlər. Sonradan isə uğura gedən yolun çətin və məşəqqətli olduğunu görürlər. İnsanların əksəriyyəti məhz həmin an hər şeydən imtina etməyi düşünürlər.

Bunun əvəzinə gözləntilərinizi yenidən nəzərdən keçirin. Reallaşması imkansız görünən gözləntilər sizi stressə sala bilər. Odur ki, uzun müddətli planlar qurun və kiçik nüanslarda çox vaxt itirməyin.

4. Daxili səsinizin dediklərinə diqqət yetirin.
Uğursuzluğa düçar olduğunuz zaman ağlınızdan nələr keçir? Çünki daxilinizdəki səsin söylədikləri sizin üçün məyusedici ola bilər.

Uğursuzluqla qarşılaşdığınız ilk anda ağlınızdan “Mən uğursuzluğa məhkum olunmuşam” deyə keçirirsinizsə, burada ciddi bir problem var deməkdir. Çünki belə düşünməklə siz özünüzü keçmişdə də uğursuz olduğunuza və bu halın gələcəkdə də davam edəcəyinə inandırmış olursunuz.

Bunun əvəzinə öz – özünüzə tez – tez təkrarlayın. “Hal hazırda düçar olduğum uğursuzluq sadəcə bugün üçün keçərlidir, bu dəfə bacarmasam da, növbəti cəhddə daha yaxşısını edəcəyəm.”

5. Bir müddət uğursuzluqlarınızın yasını tutmağa özünüzə imkan verin.
Uğursuzluq bir itkidir. İtkilərin yasını tutmaq və onlara görə məyus olmaq son dərəcə təbii hadisədir. Bu səbəbdən də uğursuzluqla qarşılaşdığınız zaman yaşadığınız bu itkinin yasını tutmağa özünüzə qadağa qoymayın.

Yenidən başlamaq üçün neçə günə ehtiyacınız var? Bir gün, bəlkə də üç, yaxud daha böyük uğursuzluqların öhdəsindən gəlmək üçün bir neçə həftə... Uğursuzluqların yasını tutmaq normal qarşılansa da, bunun üçün dəqiq vaxt müəyyənləşdirməli və həmin müddətin sonunda yenidən cəhd edəcəyinizə dair özünüzə söz verməlisiniz.

Unutmayın ki, uğurlar keçmiş uğursuzluqların küllərindən doğulur. Uğursuzluqlarınızla barışın və yenidən cəhd edin.
banco.az

loading...
Müəllif: narmin2  21-08-2018, 19:08   Baxılıb: 466   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.