Qeydiyyat    Giriş
Sayta giriş
» » » Azərbaycanda dördəlli, dördayaqlı uşaq… - Foto
Xəbərlər / Ölkə xəbərləri

Azərbaycanda dördəlli, dördayaqlı uşaq… - Foto



Azərbaycanda dördəlli, dördayaqlı uşaq… - Foto


Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) unikal əməliyyat həyata keçirilib. dördəlli və dördayaqlı şəkildə dünyaya gələn körpə əməliyyat olunub.

Saqlamheyat.az medicina.az saytına istinadən xəbər verir ki, uşağa anatomik inkişaf etmiş dölə anormal inkişaf etmiş dölün (epiqastral heteroqapus – parazit-döl) bitişməsi diaqnozu qoyulub. Belə ki, uşağın qarın nahiyəsində əlavə inkişaf etmiş bədən olub. Parazit-döldə ayaqlar, əllər, cinsiyyət orqanı, sidik kisəsi, bağırsaqlar və bir böyrək inkişaf edib. Parazit uşağın daxilinə də keçərək onun bağırsaqlarına bitişib, hətta qaraciyərlərdə də bitişmə müəyyən olunub.

Körpə 7 günlük ikən əməliyyata alınıb, körpənin qarın boşluğu açılıb, parazit bütünlüklə ayrılıb, bitişmiş bağırsaq və qaraciyər təcrid olunub.

Əməliyyat sonrası dövr fəsadsız ötüşüb, uşaq evə buraxılıb.

Azərbaycanda dördəlli, dördayaqlı uşaq… - Foto
Azərbaycanda dördəlli, dördayaqlı uşaq… - Foto
Azərbaycanda dördəlli, dördayaqlı uşaq… - Foto
loading...


loading...
Muəllif: narmin  7-11-2017, 12:46   Baxılıb: 633   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.