Qeydiyyat    Giriş
Sayta giriş
» » » Azərbaycanda xərçəng qadına yanlış diaqnoz qoyuldu: 2 il səhv müalicə aldı
Xəbərlər / Ölkə xəbərləri

Azərbaycanda xərçəng qadına yanlış diaqnoz qoyuldu: 2 il səhv müalicə aldı



Azərbaycanda xərçəng qadına yanlış diaqnoz qoyuldu: 2 il səhv müalicə aldı


Azərbaycanda 42 yaşlı qadın 2015-ci ildən bəri süd vəzi giləsində səthi qızartı, qabıqlanma, xoralaşma kimi əlamətlərlə bir neçə həkimdə və dermatoloqda olaraq, dermatoloji dəri problemi diaqnozu ilə yanlış müalicə olunub.
2 il ərzində məlhəmlər, mazlar çəkərək effektsiz müalicə alan qadın sonra mamoloqa üz tutub. Mammoloq-onkoloq Rəna Abdullayeva qadının süd vəzisində həm gilədə, həm süd vəzi daxilində patoloji toxuma görərək, biopsiya təyin edib. Hər iki sahədən biopsiya analizində diaqnoz xərçəng olaraq təsdiqlənib.
Onkoloq saytımıza açıqlamasında qadının 2 il vaxt itirməsinə təəssüfləndiyini deyib: “2 il az vaxt deyil. Süd vəzinə maz, dərman sürtməklə vaxt itirən pasiyent artıq eroziv sahə qanayan vaxtı onkoloqa müraciət edib. Əgər ilk əlamətlərdə gəlsəydi, daha asan və vaxtında müalicə alacaqdı”.
R.Adullayeva digər həkim və dermatoloqları qadınların süd vəzilərini müayinə edib diaqnoz qoyarkən diqqətli və ehtiyatlı olmağa çağırıb.
Məlumat üçün bildirək ki, gilənin xərçəngi – pedjet xəstəliyi bədxassəli şişlərin cəmi 5%-ni təşkil edir. Bu xəstəlik gilə və areolada qızartı, qabıqlanma, sulanma, qanama, xoralaşma kimi əlamətlərlə biruzə verir.Medicina.az

loading...
Müəllif: narmin  13-10-2017, 17:58   Baxılıb: 429   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.