Qeydiyyat    Giriş
Sayta giriş
» » » Azərbaycanda qaz bahalaşıb
Xəbərlər / Ölkə xəbərləri

Azərbaycanda qaz bahalaşıb



Azərbaycanda qaz bahalaşıb


2016-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqlarından qaz hasilatının maya dəyəri 2015-ci illə müqayisədə 17,7 faiz artıb.
SOCAR-in illik hesabatında xəbər verilir.
Hesabatda göstərilir ki, 2016-cı ildə 1000 m3 qazın faktiki istehsal maya dəyəri 46,77 manat təşkil edib. Maya dəyəri strukturunda əmək haqqının xüsusi çəkisi 9,9 faiz, sosial sığortalara ayırmalar 2 faiz, amortizasiya ayırmaları 29,4 faiz, təmir xərcləri 6,5 faiz, texniki xidmət xərcləri 4,3 faiz, material xərcləri 3,2 faiz, mədən vergisi 13,2 faiz, nəqliyyat xərcləri 17,2 faizdir. Qalan göstəricilər digər xərclərin payına düşüb.
SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə Əməliyyat Şirkətlərindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2016-cı ildə SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 128.77 manat təşkil edib.
Qazın maya dəyərinin artmasının səbəbi keçən ilə nisbətən əmək haqqının, sosial sığorta xərclərinin, əsaslı təmir və texniki xidmət üzrə xərclərin, nəqliyyat xərclərinin, mühafi zə xərcləri, digər vergilər, digər xidmətlər və digər xərclərin artmasıdır. Hesabata əsasən, 2016-cı ildə "Azneft" İB (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu) tərəfindən qaz hasilatı 2015-ci illə müqayisədə 8,6% – 5 mlrd. 620,6 mln. kubmetrədək azalıb.
loading...


loading...
Muəllif: narmin  3-10-2017, 10:39   Baxılıb: 710   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.