Qeydiyyat    Giriş
Sayta giriş
» » » Məşhur azərbaycanlı aparıcı "AA" nömrə ilə "Gelandewagen" sürür - fotolar
Xəbərlər / Ölkə xəbərləri

Məşhur azərbaycanlı aparıcı "AA" nömrə ilə "Gelandewagen" sürür - fotolar



Məşhur azərbaycanlı aparıcı "AA" nömrə ilə "Gelandewagen" sürür - fotolar


ATV telekanalının əməkdaşı, tanınmış teleaparıcı İlhamə Bədəlova "Gelandewagen" markalı bahalı avtomobili ilə görüntülənib.

Aparıcı ağ rəngli son model maşında müğənni Natavan Həbibinin toy məclisinə yollanıb.

İ.Bədəlova bu avtomobilini artıq bir müddətdir idarə edir. "Gelandewagen"in orta qiyməti 100-150 min manat arasında dəyişir. Daha bir diqqətçəkən və ən önəmli məqam isə ondan ibarətdir ki, aparıcı avtomobilini "AA" seriyalı dövlət nömrə nişanı ilə sürür. Maşının üzərindəki nömrə 90-AA-518-dir.

Qeyd edək ki, qanunla "AA" seriyaları yalnız dövlət qulluqçularının xidməti maşınlarına, bəzi hallarda isə hüquqi şəxslərə verilir. Xanım aparıcının bu nömrə nişanını hansı yolla əldə etməsi isə ortaya suallar çıxarır.

Həmçinin qeyd edək ki, İ.Bədəlova ATV-də "Həkimsən" verilişinə aparıcılıq edir. Veriliş həftəiçi hər gün canlı yayımlanır. O, bu maşını ilə bir neçə fotosunu sosial şəbəkədə paylaşıb. Buna baxmayaraq, nömrə düşən hissəni qara rənglə işarələyib.Axşam.az

Məşhur azərbaycanlı aparıcı "AA" nömrə ilə "Gelandewagen" sürür - fotolar
Məşhur azərbaycanlı aparıcı "AA" nömrə ilə "Gelandewagen" sürür - fotolar
loading...


loading...
Muəllif: narmin  14-08-2017, 22:04   Baxılıb: 1 751   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.