Qeydiyyat    Giriş
Sayta giriş
» » » "Beauty style" salonun rəhbəri və həkimi məni ağlamağa məöcbur etdi, səbəb sizi şoka salacaq!
Xəbərlər / Ölkə xəbərləri

"Beauty style" salonun rəhbəri və həkimi məni ağlamağa məöcbur etdi, səbəb sizi şoka salacaq!



"Beauty style" salonun rəhbəri və həkimi məni ağlamağa məöcbur etdi, səbəb sizi şoka salacaq!


SaqlamHeyat.az "Şikayətim var" layihəsində yeni bir şikayətçı məktubunu dərc edir...Bizim layihə bir çox vətədaşların şikayətlərini oxucularına və aidiyyatı orqanlara təqdim etmişdir. İndi də şikayətçi "Beauty style" gözəllik salonu haqqında şikayətini bizə göndərib. Həmin şikayət məktubunu eyni ilə dərc edirik...

"Şikayətim Elmlər Akademiyası metrosu yaxınlığında yerləşən, (Hüseyn Cavid pr 50-56) yeni fəaliyyətə başlamış "Beauty style" salonu haqqındadır. Bu salon qiymətinin münasib olması ilə çox müştərinin diqqətini çəkmişdi. Eləcə də mənim. Salonda lazer xidmətinə 19 may tarixi üçün yazılmışdım. Həmin gün prosedur tam olmadı və rəhbərlik ödenişi tam etməli olduğumu və qalan nayihələri də nə vaxt istəsəm gəlib, problemsiz edə biləcəyimi dedilər. Həmin gündən sonra 4,10,13,16 tarixlərində yazılmağıma baxmayaraq növbəmə girə bilmədim. Yalniz 13 iyun tarixində uzun müddət gözlədikdən sonra girdim, onda da yenə işi yarım qoydular. Səbəblər isə müştəri çoxluğu oldu,hər dəfə reseption vezifesinin dəyişdiklərini və zenglərin qarışdığını bəhanə edirdilər, ən çox hallarda isə aparat xarab olurdu. 4 dəfə salonda saatlarla gözləyib, sırama girə bilməyib, geri qayitmağıma baxmayaraq çox səbrli yanaşırdım. Mənim kimi orda 10-larla xanım, saatlarla gözləyirdilər.
16 iyun tarixində yazılmış olduğum lazer seansına girə bilmədim və mənə "Keç gözlə. Camaat necə gözləyir sen de elə gözlə, dedilər" . Prosedurun tam olmadığı üçün məbləğin bir qismini geri isteyəndə məni sakitləşdirərək, 1saata təkrar gələcəyim halda, hecbir problem olmadan işimin həll olacağını dedilər. İşimin vacib olduğu üçün 1saat sonra, yenidən əlaqə saxlayıb salona gəldim. Və yenidən mümkün olmadığını dedilər. Biraz mübahiseden sonra, 15 dəqiqəyə içəri keçəcəyimi dediler Saat təqribi 21:20 idi.
Artiq mənim seansım catdıqda, yenidən məni sala bilməyəcəklərini gozləməli olduğumu dedilər.
Qeyd üçün bildirim ki, yaşadığım ünvana salon cox uzaq məsafədədir. Ən əsas şikayətim salon rəhbərinin(Gülgəz xanımın) və lazer həkiminin(Aynur xanimin)müştərilərlə qeyri-etik danışmasıdır. Sadəcə çox təəssüf edirəm ki, belə insanlar bir müəssisədə rəhbərdirlər. Situasiyani, deyilən sözləri ifadə etmək üçün, onu deyə bilərəm ki, mən salonda əsəbdən ağlamağa məcbur qaldım.
Tezliklə, o, salon haqqında tədbir görülməsini istəyirəm. Soruşsanız, 5 müştəridən 4-ü salondan eyni kriteriyalara görə şikayət edəcək. Müştərilərini axşam 22:30 - a lazerə çağıran, salonun gecə saat 2-də bağlandığını vurgulayan, iş grafiki olmayan, müştərilərini dolayan, məmnun etməyən, heçkimi öz sırasında qəbul etməyən , gördükləri işlərin də düzəlişə ehtiyacı olan və danışıq qabiliyyəti olmayan biri tərəfindən idarə olunan bu salonun işini davam etməyi ədalətsizlikdir. Tezliklə şikayətimin lazimi orqanlar tərəfindən diqqətə alinmasını xahiş edirəm.

Nigar Niftullayeva"

Qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.

QEYD: Sizin də şikayətlərinizi gözləyirik. Şikayət məktublarınız, saytımızda dərc olunacaq. problemlərinizin həllini tapmaqda sizə kömək edəcəyik.
loading...


loading...
Muəllif: narmin  27-06-2017, 14:52   Baxılıb: 760   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.