Qeydiyyat    Giriş
Sayta giriş
» » » Əhaliyə şad xəbər- Azərbaycanda manat...
Çàãðóçêà...
Xəbərlər / Ölkə xəbərləri

Əhaliyə şad xəbər- Azərbaycanda manat...



Əhaliyə şad xəbər- Azərbaycanda manat...


Bu gün ölkədə aparılan bütün iqtisadi islahatların kökünüdə sosial problemlərin aradan qaldırılması durur.

SaqlamHeyat.az xəbər verir ki, bunu Azərbaycan Prezidnetinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov ümumilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibəti ilə "Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.
Ölkədə sahibkarlığın inkişafı üçün çox mühüm tədbirlərin həyata keçirildiyini deyən N.Əmirov qeyd edib ki, Azərbaycanda lisenziya tələb olunan fəaliyyət sahələrinin azaldılması ilə bağlı çox mühüm qərar qəbul edilib.
N.Əmirov bildirib ki, müasir turizm sənayesinin formalaşdırılması, ölkəyə turist axının gücləndirilməsi üçün yeni turizm marşrtularının yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən bir çox sənədlər imzalanıb.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı sahəsində kifayət qədər ciddi işlər görülüb və görülməkdə davam edir.
N.Əmirov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış strateji yol xəritələrinin icrası nəticəsində ölkədə sahibkarlarla birlikdə iqtisadi islahatların fərqli bir modeli - Azərbaycan modeli daha da inkişaf edəcək.
Onun sözlərinə görə, 1995-2003-cü illər ərzində ÜDM 90, 1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə artıb, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirilib.
O deyib ki, ölkəmizin qazandığı uğurlar beynəlxalq təşkilatların, aparıcı reytinq agentliklərinin qiymətləndirilməsində öz əksini tapıb: "Prezident İlham Əliyevin rəhbərliyi altında müntəzəm əsaslarla həyata keçiriləcək sistem xarakterli iqtisadi islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış strateji yol xəritələrinin icrası nəticəsində ölkədə sahibkarlarla birlikdə iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə fərqli bir modeli - Azərbaycan modeli daha da inkişaf etdiriləcək. Ölkə başçısının rəhbərliyi ilə 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilib. Belə ki, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyən edilib. Bəzi "ekspert"lərin proqnozlarına baxmayaraq, manat güclənməkdədir. Atılan addımlar nəticəsində valyuta ehtiyatlarımız nəinki strateji səviyyədə qorunub, hətta kəskin artıb" (trend.az).

loading...
Müəllif: Nermine Mahmudova  6-05-2017, 16:01   Baxılıb: 6 093   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...