Qeydiyyat    Giriş
Sayta giriş
» » » ATV telekanalının yayımı dayanıb
Xəbərlər / Ölkə xəbərləri

ATV telekanalının yayımı dayanıb



ATV telekanalının yayımı dayanıb


“Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında problem yaranıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) baş direktoru Əflatun Şərifov faktı təsdiqləyərək bildirib ki, ATV telekanalından Teleradio İB-yə siqnal daxil olmadığı üçün ATV nə rəqəmsal, nə də peykdə yayımlanır.

“Əgər problem bizim tərəfimizdən olsaydı, yerdə qalan digər telekanalların da yayımı dayanardı. Yalnız ATV telekanalından bizə siqnal daxil olmur. Siqnal bizə daxil olmalıdır ki, biz onu həm rəqəmsala, həm peykə verə bilək. Digər telekanallar normal qaydada yayımlanır. Yaxşı olardı ki, ATV telekanalı bu məsələyə aydınlıq gətirsin”, - deyə baş direktor qeyd edib. APA
loading...


loading...
Muəllif: narmin  6-03-2017, 19:30   Baxılıb: 1 660   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.