Qeydiyyat    Giriş
Sayta giriş
» » » Prezidentdən ƏMR: Maaş və pensiyalar ARTIRILACAQ
Xəbərlər / Ölkə xəbərləri

Prezidentdən ƏMR: Maaş və pensiyalar ARTIRILACAQ



Prezidentdən ƏMR: Maaş və pensiyalar ARTIRILACAQ


Bu il Azərbaycanda pensiya və maaşlar artırılacaq.

SaqlamHeyat.az xəbər verir ki, bunu azvision.az-a deputat Vahid Əhmədov deyib. İqtisadçı deputat bildirib ki, pensiyaların və maaşların artırılması dövlət büdcəsində nəzərdə tutulub.

“Cənab prezident Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında bu məsələyə toxundu. Ölkə başçısı bildirdi ki, maaş və pensiyalar artırılmalıdır. Prezidentin tapşırığı icra olunacaq. Hesab edirəm ki, il ərzində maaş və pensiyaların artırılmasının şahidi olacağıq”.

V.Əhmədov qeyd edib ki, əsasən büdcə təşkilatlarından çalışan insanların maaşı artacaq: “Müəllimlərin, həkimlərin və sosial sahədə çalışanların maaşında artım olacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib ki, 2017-ci ildə də maaş və pensiyaların artımı istiqamətində müsbət dinamika olacaq.

Dövlət başçısı qeyd edib ki, 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır: “Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır”.
loading...


loading...
Muəllif: narmin  13-01-2017, 16:26   Baxılıb: 5 364   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.