Qeydiyyat    Giriş
Sayta giriş
» » » Diqqət!!!Tələsin!!! Aksiyamızdan yararlanın! CHECK-UP endirimli oldu! 70 manat deyil cəmi 40 manat!
Xəbərlər / Ölkə xəbərləri

Diqqət!!!Tələsin!!! Aksiyamızdan yararlanın! CHECK-UP endirimli oldu! 70 manat deyil cəmi 40 manat!



 

 

 

 


 

 

Zob xəstəliyi haqqında bilmədiklərimiz - Əlamətlər
Məlum olduğu kimi yod insan orqanizmi üçün üçün vacib elementdir. Yod çatışmazlığı olan insanlarda zob əmələ gəlir. Zob xəstəliyinin əsas səbəbi də orqanizmdə yod çatışmazlığı nəticəsində qalxanvari vəzin böyüməsi və ya fəaliyyətinin pozulmasıdır. Belə ki, qalxanvari vəzin funksiyası pozulduqda o ya normadan çox işləyir, ya da az. Bu isə özünü müxtəlif əlamətlərlə biruzə verir. Ümumiyyətlə, yod çatışmazlığını aradan qaldırmaq üçün duzdan istifadə etmək məsləhət görülür.

Qeyd edək ki, ölkəmizdə də yod çatışmazlığı problemi var. Şəki, Zaqatala, Quba, Qusar kimi rayonlarda bu problem daha qabarıqdır. Məsələn, qalxanvari vəzin hipofunksiyası, yəni az işlədiyi zaman halsızlıq, ümumi zəiflik, yuxusuzluq, dərinin quruması, saçın tökülməsi, kökəlmə kimi hallar baş verir. Həmçinin ürək-damar, mərkəzi sinir, mədə-bağırsaq sistemində pozğunluqlar olur. Qalxanvari vəzin hiperfunksiyası, yəni normadan çox işləməsi də orqanizm üçün xeyirli heç nə vəd etmir. Belə hal xalq arasında zəhərli zob kimi də tanınır.


Həkimlərimiz zobdan əziyyət çəkənləri xarici görünüşdən tanımağın asan olduğunu söyləyir: Gözlərin bərəlmiş olması, çox arıq, əsəbi olması, ürəyin tet-tez döyünməsi zobun əlamətlərindəndir. Belə insanlar həmişə istilənir, ürək döyünmə çox olduğuna görə tövşüyürlər. Xəstəlik nəticəsində insanlar həddindən artıq səbrsiz, kəmhövsələ olurlar. Belələrində tərləmə güclü olur, əlləri isə əsir.
Zob müalicə olunan xəstəlikdir. Ümumiyyətlə, isə hər bir insanın yoda ehtiyacı var. Uşaqların, hamilə qadınların, əqli işlə məşğul olanların yoda tələbatı daha çoxdur. Amma həkimlər texniki yodla, orqanizmə lazım olan yodu səhv salmamağı tövsiyə edir.

Yodun ağzını açıb yataq otağına qoyulmasının və qalxanvari vəzin üstünə çəkilməsinin mənfi hallara səbəb olduğu da bildirilir. Çünki o, texniki yoddur, orqanizm onu mənimsəyə bilmir. Suyun içinə yod damızdırıb içirlər. Bu, vəzdə böyümə zamanı daha pis nəticə verə bilər. Çünki yod artıq böyümüş vəzi qıcıqlandırır və mənimsəyə bilmir.


 

Əməliyyat hansı qalxanabənzər vəzi xəstələrinə tətbiq edilir?
Qalxanabənzər vəzinin xəstəliklərində cərrahi müalicə əsasən 3 qrup xəstəyə tətbiq edilir.

 


İlk qrupu qalxanabənzər vəzinin xərçəngi olduğu incə iynə biopsiyası ilə təsdiq edilmiş və ya edilən biopsiya patoloq tərəfindən xərçəng baxımından şübhəli olaraq dəyərləndirilmiş olan xəstələr təşkil edir.

İkinci qrupu ölçü səbəbi ilə bəzi simptomları olan və ya kosmetik problem yaradan "düyünləri" olan xəstələr təşkil edir. Xərçəng olduğu təsdiqlənə bilməmiş və bu səbəblə izlənmə qərarı verilmiş düyünü olan xəstələrdə düyünlərin ölçülərinin gedərək böyüməsi də əməliyyat qərarı verməyimizə səbəbdir.

Üçüncü qrupu isə qalxanabənzər vəzinin çox miqdarda hormon ifraz etdiyi hipertiroid xəstələri təşkil edir. Hipertiroidi olan xəstələrdə bu vəziyyət dərman və ya radioaktiv yod ilə müalicə edilə bilməzsə və ya müalicədən sonra hipertiroid yenidən təkrarlanarsa, belə xəstələrə əməliyyat məsləhət görülür. Bununla yanaşı, dərman və radioaktiv yod müalicəsinin əks təsirləri meydana çıxan xəstələrdə və ya hamiləlik kimi belə müalicənin tətbiqi mümkün olmayan xəstələrdə də cərrahi müalicə prioritetli hala gəlir.


 
 
CHECK-UP NƏDİR? 
Check-up konkret xəstəliyi və ya şikayəti olmayan istənilən şəxsdə mövcud ola biləcək və ya mövcud xəstəliklərin erkən müəyyən edilməsinə imkan verən müayinələr kompleksidir. Çünki heç də hər bir xəstəlik özünü bu və ya digər şikayətlərlə biruzə vermir. Check up həmçinin gələcəkdə xəstəliyə səbəb ola biləcək risk faktorlarının əvvəlcədən aşkar edilməsində də mühüm əhəmiyyət daşıyır. 

Müxtəlif çeşiddə müayinələri özündə birləşdirən check-up proqramının ən azı ildə bir dəfə aparılması məsləhətdir.

Diqqət!!!CHECK-UP endirimli oldu!

Həkim konsulatasiyası, usm, tsh,t3,t4 muayinələri artıq 70 deyil 40manat oldu!
 

 

Bu fürsəti qaçırmayın! Aksiyamızdan yararlanın!

 



Tel: 055 852 25 84; 051 897 28 97

 


 

loading...


loading...
Muəllif: narmin  25-10-2016, 08:45   Baxılıb: 1 487   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.