Qeydiyyat    Giriş
Sayta giriş
» » » Yeni il bayramının istirahət günləri açıqlandı
Xəbərlər / Ölkə xəbərləri

Yeni il bayramının istirahət günləri açıqlandı



Yeni il bayramının istirahət günləri açıqlandı


Azərbaycanda yeni il bayramında qeyri-iş günlərinin sayı açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətindən verilən məlumata görə, növbəti ildə mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi işləri həmin İş vaxtı norması və İstehsalat təqviminə əsasən yerinə yetirilməlidir.

Məlumata görə, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də isə Yeni il bayramı əlaqədar iş olmayacaq. Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.

Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün - dekabrın 30-da, 31-də, yanvarın 1-də, 2-də və 3-də iş olmayacaq. Yəni, Yeni il bayramı ilə əlaqədar 5 gün iş olmayacaq.

Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.
loading...


loading...
Muəllif: narmin  20-11-2017, 11:07   Baxılıb: 872   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.