Qeydiyyat    Giriş
Sayta giriş
» » » Xəstənin dişlərini pis günə salan həkim: “Sənə elə belə lazımdır”
Çàãðóçêà...
Xəbərlər / Ölkə xəbərləri

Xəstənin dişlərini pis günə salan həkim: “Sənə elə belə lazımdır”



Xəstənin dişlərini pis günə salan həkim: “Sənə elə belə lazımdır”


“Von otsuda afiristka, Tı afiristka”

SaqlamHeyat.az Tia.az-a istinadən xəbər verir ki, Bakı sakini Sevil Ağamirova Bioloji Təbabət Klinikasında çalışan diş həkimindən narazılıq edir. Beləki, o, dişi ilə bağlı 21 aprel 2017-ci ildə 3-cü mikrorayonda Əcəmi S.Pişərvari küçəsi 110-da yerləşən Bioloji Təbabət Klinikasına müraciət edib: “ Oranın tibb bacısı məni stomatoloq Cəfər Fərzəliyeva müraciət etməyi məsləhət bildi. Cəfər Fərzəliyevlə görüşdüm. Müəyyən söhbətdən sonra Cəfər Fərzəliyev dişimi müayinə etmək üçün məni rentgenə göndərdi. Rentgenə 20 AZN ödədim,mənə kassa çeki verilmədi. Rentgen olunduqdan sonra o mənim dişimi düzəltmək üçün bir dişə görə 120 AzN pul istədi. Mənim 9(doqquz) dişimi düzəltməli idi. Buna görə cəmi 1000 manat verməli idim. Əvvəlcədən 250 AZN həkimə pul verdim. Həmin məbləğə görə mənə qəbz vermədi. Cəfər həkim dişlərimdə müəyyən iş gördükdən sonra (yəni yonma) məndən əlavə olaraq 250 AZN pul tələb etdi. Həmin məbləği verdim. Yenə qəbz verilmədi. Qeyd edirəm ki, bu pulu məndən istirahət günü aldı. Dişim üç gündən sonra hazır oldu. Yəni koronkalar artıq hazır idi.Yenə də o məndən ödənişin qalanını istədi. Mən qalan məbləği ödəməyə hazır idim. Mən ondan təkrar 1000 manata görə qəbz istədim və bildirdim ki, müvəqqəti diş qoyduğu yaxşı oturmayıb,dişim ,damağım ağrayır. Çənəmdə yaralar əmələ gəldi.

Ciddi ağrılar var. Çek tələb etdikdə və ağrılar barədə dedikdə o mənim üstümə bağırdı və dedi: “Von otsuda afiristka, Tı afiristka” görərsən, koronkalar başına nə oyun açacaq. Sənə elə belə lazımdır”. Həkimin bu hərəkəti barədə mən Klinikanın direktoru Elxan müəllimə (012-430-89-89)şikayət etdim . Elxan müəllim də öz növbəsində mənə yuxarıdan aşağı baxaraq müraciətimə əhəmiyyət vermədi və bildirdi ki, elə bil ki, restoranda 500 manat hesab vermisən, get ver məhkəməyə ,qalan 500 manatı da səndən alaq.

Bundan sonra Azərbaycan Respublikası Səhiyyə Naziri Oktay Şirəliyevə də müraciət etmişəm. Səhiyyə Nazirliyinə müraciətimə cavab olaraq 08 avqust 2017-ci il tarixli 6-59/A-11/307 saylı cavab məktubunda mənə bildirilmişdir ki, bu obyekt “Özəl tibbi fəaliyyət haqqında” Azərbaycan Respublikası qanununa əsasən işləyir.Siz məhkəməyə müraciət etməlisiniz. Səhiyyə Nazirliyi də mənə kömək etmədi.Cəfər həkimin düzətdiyi dişlər artıq ağzımdan çıxmışdır və o indi də mənim cibimdədir. Mən məcbur olub başqa həkimə müraciət etdim. O, Cəfər həkimin səhv etdiyini təsdiqlədi. Yeni diş düzəltdirdim. Cəfər düzəldən koronkalar lazım olmadı. Mənə dəymiş 500 AZN maddi zərər geri qaytarılması üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova da şikayət ərizəsi yollamışam.”

NÜŞABƏ
TİA.AZ

loading...
Müəllif: Nermine Mahmudova  16-11-2017, 10:46   Baxılıb: 341   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...