Qeydiyyat    Giriş
Sayta giriş
» » » Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.
Xəbərlər / Dünya xəbərləri

Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.



Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.


Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.

SaqlamHeyat.az xəbər verir ki, bu barədə APA-ya açıqlamsında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

O bildirib ki, R. Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib: “Həkimlər əllərini gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuat oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz.

Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”.

S. Hüseynova əlavə edib ki, R. Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: “Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq”.

Allah rəhmət eləsin.
loading...


loading...
Muəllif: narmin  30-10-2017, 12:48   Baxılıb: 600   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.