Qeydiyyat    Giriş
Sayta giriş
» » » Evsiz hesab etdiyi adama pizzasını verdi, adamın kim olduğunu biləndə MAT QALDI
Çàãðóçêà...
Xəbərlər / Dünya xəbərləri

Evsiz hesab etdiyi adama pizzasını verdi, adamın kim olduğunu biləndə MAT QALDI



Evsiz hesab etdiyi adama pizzasını verdi, adamın kim olduğunu biləndə MAT QALDI


Karina Qombo adlı bir fransız qadın ABŞ-ın Nyu-York şəhərinə səfər edib. Yolda gedərkən zibillikləri eşələyən bir adam görüb. Heç tərədüd eləmədən əlindəki pizzanı həmin adama pay verib.

Sən demə, həmin adam evsiz-eşiksiz dilənçi deyilmiş. Karina bir neçə gündən sonra xəbərlər verilişinə baxarkən adamın həqiqi kimliyini öyrənib.

Karina Qombo həyat yoldaş və övladları ilə birlikdə Nyu-Yorka gəzməyə gedib. Otelə qayıdarkən pizza alıb. Zibillikləri qurdalayan adamı görəndə isə əlindəki pizzanı ona verib.

“Today” nəşrinin yazdığına görə, qadın evsiz hesab elədiyi şəxsə deyib: “Bağışlayın, pizza bir az soyuyub. Amma, qəbul edəcəyinizə ümid edirəm”.

Karina bir-iki kəlmə də danışdıqdan sonra yoluna davam edib. İki gün sonra isə çox təəccüblənib.

Qəzetdə pizza verdiyi adamla birlikdə şəkilləri çıxmışdı. Sonradan həmin şəxsin Riçard Gir olduğunu anladı.

Məşhur aktyor “Time Out Of Mind” adlı filmdə evsiz bir adamı canlandıracaqdı. Ona görə də roluna alışmaq üçün küçələrdə dolaşırmış.

Qəribə o idi ki, dünyada məşhur olan ulduza Karinadan başqa heç kim fikir verməmişdi.

Filk komandasının üzvlərindən biri “Today” əməkdaşına deyib: “Riçard olduğunu bilmədi. Davranışı isə çox gözəl idi”.

Hurriyyet.org

loading...
Müəllif: narmin  22-01-2018, 16:45   Baxılıb: 1 135   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Çàãðóçêà...