Qeydiyyat    Giriş
Sayta giriş
» » » Çəkdiyiniz cızma-qaraların MƏNALARI SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK
Xəbərlər / Dünya xəbərləri

Çəkdiyiniz cızma-qaraların MƏNALARI SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK



Çəkdiyiniz cızma-qaraların MƏNALARI SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK


Söhbət zamanı, mühazirələrdə, görüşlərdə və ya sadəcə düşünərkən əlimizdə qələm varsa mütləq vərəqdə nəsə cızma-qara edəcəyik.
Publika.az fərqinə varmadan çəkdiyimiz müxtəlif cızma-qaraların mənalarını araşdırdı. Sən demə, çəkdiyimiz balaca nöqtənin belə bizim psixoloji vəziyyətimizlə və yaşadıqlarımızla birbaşa əlaqəsi var. Bəs çəkdiyimiz bu rəsmlər nəyin işarəsidir?
Rəqəmlər


Hər dəfə yeni günün doğmasına baxmayaraq ürəyiniz sevinmir. Sizin daha çox qayğıya və diqqətə ehtiyacınız var.

Həndəsi fiqurlar
Kvadrat, romb, üçbucaq fiqurlarını çəkən insanlar dəqiq məqsədi olan insanlardır. Onlar praktik zəkaya, məntiqli düşüncə tərzinə malikdirlər. Yaxşı lider ola bilərlər. Bundan başqa, həndəsi fiqurlar çəkən insanlar dəqiqliyə sadiqdirlər, ağıllıdırlar və hər şeyi çox gözəl planlamaq xüsusiyyətinə malikdirlər. Əgər fiqurların çox iti ucları varsa, bu aqressivlikdən xəbər verir. Belə insanların zəif yeri həddindən artıq diqqətcil olmalarıdır. Arada istirahət etsələr, yaxşı olar.

Xaç
Xaçlar günah hissinin olduğunu göstərir.

Spiral, dalğa və dairə
Başqalarının problemləri səni narahat etmir. Belə insanlar özünə çox qapanıq olur və başqalarının onun işlərinə müdaxilə etməsini sevmir.

Ulduz
Optimist xarakterdən xəbər verir. Belə insanlar çətinliklərdən qorxmur və onu tez həll etməyə çalışır. Bu fiqur özünə diqqəti cəlb etmək istəyini göstərir.

Kökü bilinən ağac
Ağac çəkən insanlar özünü itirmiş və məyus olmuş insandır. Amma yarpaqları və qalın gövdəsi olan ağaclar energetik, şən insan olduğunuzu və heç nəyin rahatlığınızı pozmadığından xəbər verir.

Ürək
Özünü əzilmiş hiss edir. Bütün kainatı qucaqlamaq istəyirlər, amma hisslərini gizlədirlər.

Arı şanı
İtirilmiş həyatın, dünyanın və özünün axtarışındadır. Bu cızma-qara özünün belə etiraf etmədiyi, ailə qurmaq istəyinin olduğunu göstərir.

Gül və ləçək
Əxlaqdan xəbər verir. Belə insanlar xoş və yardımsevər olurlar. Hissiyyatlı və emosionaldırlar.

Şahmat
Xoşagəlməz və çətin situasiya içərisindəsiniz. Şahmatda olduğu kimi problemlərinizi taktika işlədərək həll etmək haqda düşünürsüz.

Xətt və ştrix
Xətt nə qədər qalındısa, çəkənin içindəki təzyiq bir o qədər çoxdur. O, tezliklə çıxmaq istədiyi söz-söhbətin içindədir.

Cızma-qara (qarışıq, dolaşıq xətlər)
Xaosdan və daxili nizamsızlıqdan xəbər verir. Bunu çəkən insanlar ciddi qərarın bir addımlığındadır.

Ev
Düzgün simmetrik xətlər insanın hər şeydə nizam-intizamı sevdiyini göstərir. Bu rəsmi çəkən insanın önündə dəqiq məqsədlər var.

Dodaq
Bunu daha çox qızlar çəkir. Bu, insanın həssas və istedadlı olmasını göstərir. Belə insanlar incəsənəti sevir. Ancaq dodaqda kəsik var, insanın aqressiv olmasına işarədir.

İnsan üzü və başı
Bunu adətən ətraf mühitə və özünə gülən şən, istehzalı insanlar çəkir.

Gözlər
Bu rəsmi çəkənlər müşahidəçi insanlardır. Əgər göz bəbəkləri başqa tərəfə baxırsa, insan demək özünü axtarışındadır.

Müəllif: Nermine Mahmudova  16-07-2017, 20:14   Baxılıb: 1 507   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.