Qeydiyyat    Giriş
Sayta giriş
» » » Ataya dəfn etdiyi oğlundan zəng gəldi - FİLM KİMİ HADİSƏ
Xəbərlər / Dünya xəbərləri

Ataya dəfn etdiyi oğlundan zəng gəldi - FİLM KİMİ HADİSƏ



Ataya dəfn etdiyi oğlundan zəng gəldi - FİLM KİMİ HADİSƏ


ABŞ-ın Kaliforniya ştatının cənubunda ata oğlunu dəfn edəndən 11 gün sonra ondan telefon zəngi gəlib.

Mayın 6-da Fountain Valley qəsəbəsindəki Verizon mağazasının arxasında meyit tapılıb. Bu barədə "The Observer" qəzeti məlumat yayıb.

Morqdan 82 yaşlı Frank J.Kerrigana zəng edərək xəbər veriblər. Morqdan ataya bildiriblər ki, cəsədin onun 57 yaşlı oğlu Frank M.Kerrigana aid olduğunu söyləyiblər. Ata oğlunun meyitini tanımaq üçün gəlmək istədiyini deyəndə, buna ehtiyacın olmadığı, barmaq izləri ilə şəxsiyyətin müəyyən edildiyi bildirilib.

"Mən barmaq izləri söhbətini eşidəndə şübhə yerim qalmadı. Əgər barmaq izləri söhbəti olmasaydı, mən ora bir ürək döyüntüsü zamanında çatardım", - deyib ata.

Bundan sonra, mayın 12-də ailə 20 min dollara 50 nəfərlik dəfn mərasimi təşkil edib. 11 gün sonra ataya dostundan telefon zəngi gəlib. "Sənin oğlun sağdır, gözlə telefonu ona verim", - deyə dostu Bill Şinker deyib.

Məlum olub ki, morqda meyitin kimliyini yanlış müəyyən ediblər. Barmaq izləri ümumiyyətlə tutuşdurulmayıb. Kerriganın kimliyini isə onun köhnə sürücülük vəsiqəsindəki şəkillə müəyyən ediblər. Ailə morqa övladlarının sağ olduğunu deyəndən sonra barmaq izlərinə baxılıb və həqiqətən səhvə yol verildiyi aydın olub.

İndi Kerrigan morqu məhkəməyə verməyi planlaşdırır. (Qafqazinfo)
loading...


loading...
Muəllif: narmin  21-10-2017, 21:21   Baxılıb: 1 008   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.