Qeydiyyat    Giriş
Sayta giriş
» » » Türkiyədə ŞOK — bacı və qardaş analarının meyiti ilə yaşadılar
Xəbərlər / Dünya xəbərləri

Türkiyədə ŞOK — bacı və qardaş analarının meyiti ilə yaşadılar



Türkiyədə ŞOK — bacı və qardaş analarının meyiti ilə yaşadılar
Türkiyənin Elazığ vilayətində tükləri ürpədən hadisə baş verib.“Ölkə.Az” xəbər verir ki, Kızılay kəndində yaşayan 79 yaşlı Fatma Yüksəl ölüb. Lakin onun ölümünü övladları heç kimə xəbər verməyiblər. Qadının qızı 42 yaşlı Serpil Yüksəl və oğlu 35 yaşlı Ercan Yüksəl analarının meyiti ilə birlikdə 15 gün yaşayıblar. Onlar analarının meyitini kiçik otaqda saxlayıblar. Meyiti yataqda qalan qadından xəbər olmadığı üçün qonşular şübhələnib.

Yüksel ailəsinin qapı qonşusu və kəndin muxtarı Mehmet Çekmez və həyat yoldaşı bir neçə dəfə Fatma Yüksəlin vəziyyətini xəbər alıblar. Qadının qızı qonşuları evə buraxmayıb.

“Anam bir az xəstədir, evdə yatır. Onu həkimə aparacağıq”, - deyən qız qonşuları içəri buraxmayıb.

Qonşular evdən iy gəlməsindən şübhələniblər və polisə xəbər veriblər. Serpil Yüksəl polisləri də içəri buraxmaq istəməyib.

“Anamız xəstədir. Siz niyə gəlmisiz?”, - deyən Serpil Yüksəl, polisləri qapıdan qovmaq istəyib. Lakin hüquq-mühafizə orqanının əməkdaşları evə məcburi daxil olublar. Qadının meyitini yataqda aşkar edən polislər hadisə yerinə ekspertiza əməkdaşlarını çağırıblar. Qadının meyiti ekspertizadan keçirilib.

Məlum olub ki, 79 yaşlı qadın ən azı 15 gün əvvəl ölüb. Onun meyitinin bir hissəsi cürüməyə başlayıb. Meyitin müayinəsindən sonra onu məscidə apararaq yuyublar və dəfn ediblər.

Qadının oğlu polisə ifadəsində bildirib ki, bacısı anasına çox bağlı olub. Anasının ölümü Serpil Yüksələ çox pis təsir edib.

“Bacım dedi ki, əgər anamızın ölümünü kiməsə desən, intihar edəcəyəm”, - deyə Ercan Yüksəl bildirib.

Polis baş vermiş dəhşətli hadisəni araşdırır.
loading...


loading...
Muəllif: narmin0  31-05-2017, 01:47   Baxılıb: 4 067   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.