Qeydiyyat    Giriş
Sayta giriş
» » » Mexaniki idarə olunan avtomobillərin üstünlüklərini - BİLİRSİZ?
Xəbərlər / Dünya xəbərləri

Mexaniki idarə olunan avtomobillərin üstünlüklərini - BİLİRSİZ?



Mexaniki idarə olunan avtomobillərin üstünlüklərini - BİLİRSİZ?

Mexaniki idarə olunan avtomobillərin sayı getdikcə azalır. Bunun səbəbi isə bəllidir: üç pedallı avtomobili idarə etmək yeni nəsil sürücülərə daha çətin gəlir. Amma mexaniki idarə olunma sistemini peşəkarcasına öyrənəndən sonra avtomatik idarəolunma da bəzi insanlara sadə görünür.

Mexaniki idarə olunan maşınların üstünlüyünü diqqətinizə çatdırırıq:

1. Əvvəla mexaniki ötürücülü maşınlar daha ucuz olur.

2. Mexaniki ötürücü daha etibarlıdır. Xarab olduqda onu münasib qiymətə başqası ilə əvəzləmək mümkündür.

3. Mexanika yanacağa qənaət edir. Qaz pedalından düzgün istifadə etdikdə litrlərlə yanacağa qənaət etmiş olacaqsız. Hətta naşı sürücü belə avtomat ötürücü ilə müqayisədə 10-15% qənaət edir.

4. Mexaniki ötürücü əyləci qoruyur. Bu da o deməkdir ki, əyləc pedalını və diskini tez-tez dəyişməyə gərək qalmayacaq ki, bu da bir qənaətdir.

5. Mexaniki ötürücü həmişə işlək vəziyyətdə olur. Hətta çökmüş akkumlyatorda belə mexanikanı işlətmək olur – maşını hərəkətə gətirir, avtomatda isə bu, mümkün deyil. Yaxud mexanik maşını buksirə qoşmaq olur, avtomatı isə olmur. (publika.az)
loading...


loading...
Muəllif: narmin  13-01-2019, 16:12   Baxılıb: 1 490   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.