Qeydiyyat    Giriş
Sayta giriş
» » » ZİNANIN DƏHŞƏTLİ FƏSADLARI VƏ ONDAN QORUNMAQ YOLLARI!
Xəbərlər / Dünya xəbərləri

ZİNANIN DƏHŞƏTLİ FƏSADLARI VƏ ONDAN QORUNMAQ YOLLARI!



ZİNANIN DƏHŞƏTLİ FƏSADLARI VƏ ONDAN QORUNMAQ YOLLARI!


Zina ailədən kənar cinsi əlaqəyə deyilir. Bu, Uca Allahın qəzəbinə səbəb olan və axirət əzabına aparan ən böyük günahlardandır.
Zina etməyin cəzası
Peyğəmbər (salləllahu aleyhi və səlləm) zina edənlərin qəbir əzabı haqqında belə demişdir: "Onlar lüt vəziyyətdə təndirə bənzər, üstü dar, altı geniş bir oyuğun içində olacaqlar. Bu oyu­ğun altında hər dəfə atəş alovlanır, alov hər dəfə günahkarlara yaxınlaşdıqda on­lar yuxarı qalxacaq, hətta, az qalacaq ki, oradan bayıra çıxsınlar, alov sən­gi­dik­də isə geri çəkiləcəklər (bu hal qiyamətə qədər davam edəcək". (əl-Buxari).
Onların Cəhənnəm əzabı isə bundan qat-qat şiddətlidir. Uca Allah buyurur: "Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhm­­lidir!" (əl-Furqan, 68-70).
"Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).
Zinanın törətdiyi fəsadlar
Allahın qəzəbinə, axirət əzabına və dünyada müsibətlərə səbəb olur
Namusu ləkələyir, zina etmiş şəxs insanlar arasında rüsvay olur
Zina qəlbi sıxıntıya salır, daim başqalarının bu əməldən xəbər tutmasından narahatçılıq hissi yaradır
Ailəni kökündən sarsıdır, həmçinin uşaqların tərbiyəsini pozur
Bəzən zinakarlar qeyrətin qurbanına çevrilirlər
Əsil-nəcabətin bilinməməsi və soy kökünün itib batmasına səbəb olur
Zinanın yayılması cəmiyyətdə fitnə-fəsadın artmasına, həmçinin xəstəliklərin yayılmasına gətirib çıxarır
Zina edən tez-tez yalan danışmaq məcburiyyətində qalır
Zinadan necə qorunmaq olar?
Namaz qılmaq. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45).
Evlənmək. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır. Evlənmə məsrəfinə də gücü çatmayan kimsə oruc tutsun, çünki oruc şiddətli bir şəhvət qırıcıdır". (əl-Buxari; Muslim; İbn Məcəh).
Oruc tutmaq. Çünki, hədisin ikinci hissəsində "oruc şiddətli bir şəhvət qırıcıdır" deyilir.
Gözü haramdan çəkmək. Bu, zina və digər haram şeylərə aparan birinci səbəbdir. Uca Allah buyurur: "Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar". (ən-Nur, 31). Alimlər demişlər: "Baxmaq insanın başına bəlalar gətirən bütün işlərin başlanğıcıdır. Çünki baxmaq xatırlamağa gətirib çıxarır, xatırlamaq fikirləşməyə vadar edir, fikirləşmək şəhvəti oyadır, şəhvət istək əmələ gətirir, sonra isə bu, artıq qəti qərara çevrilir və əlbət ki, zina baş verir...".
Naməhrəmlə söhbətdən çəkinmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır".
Naməhrəmlə təklikdə qalmamaq. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allah və axirət gününə iman edən yanında məhrəmi, bir yaxını olmayan qadınların yanına girməsin. Çünki belə olduğu halda üçüncüsü şeytandır". (İmam Əhməd).
Naməhrəmə toxunmamaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizlərdən birinin başına dəmir iynənin soxulması, onun üçün naməhrəm qadına toxunmaqdan xeyirlidir". (ət-Tabərani).
Əxlaqlı, Uca Allahdan qorxan insanlarla dostluq etmək, günahkar və günaha çağıran insanlardan uzaq olmaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi öz dostunun dinindədir. Elə isə sizdən hər biriniz kiminlə dost olduğuna fikir versin". (Əbu Dəvud; ət-Tirmizi).Zikr.az

Müəllif: Nermine Mahmudova  30-01-2018, 09:23   Baxılıb: 3 153   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.