Qeydiyyat    Giriş
Sayta giriş
» » » “WhatsApp”da daha bir yenilik - Çox sevinəcəksiniz...
Xəbərlər / Dünya xəbərləri

“WhatsApp”da daha bir yenilik - Çox sevinəcəksiniz...



“WhatsApp”da daha bir yenilik - Çox sevinəcəksiniz...


"WhatsApp” messencerinin 2.17.6 beta versiyasında GİF şəkillərin axtarılması imkanı yaradılıb.
Artıq istifadəçilərə GİF-görüntülərin kitabxanasına rahat daxil olmaq imkanı təqdim edilir.

Bundan əvvəl GİF görüntü göndərmək üçün əvvəlcədən cihazın yaddaşına yüklənmiş şəkil lazım idi. Sonradan isə bu şəkil məlumatlara əlavə edilməli idi. GİF görüntülərin göndərilməsi üçün daha bir variant kənar, o qədər də rahat olmayan əlavələrin istifadəsi idi.

Artıq “WhatsApp” istifadəçiləri bir emodzi düyməni sıxmaqla GİF-lər olan kitabxanaya keçid əldə edə biləcəklər. Bundan başqa, açar sözlərlə lazımi şəkli axtarmaq imkanı da yaradılıb.

Qeyd etmək lazımdır ki, bu xidmət “WhatsApp” messencerində rəqiblərindən xeyli gec yaradılıb. Yeni funksiyanı ancaq 2.17.6 beta versiyasında istifadə etmək mümkündür. Onun standart versiyada bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi isə hələlik məlum deyil.lent.az
loading...


loading...
Muəllif: narmin  13-01-2017, 09:22   Baxılıb: 1 981   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.