Qeydiyyat    Giriş
Sayta giriş
» » » “WhatsApp”dan hamını maraqlandıran yeni funksiya
Xəbərlər / Dünya xəbərləri

“WhatsApp”dan hamını maraqlandıran yeni funksiya



“WhatsApp”dan hamını maraqlandıran yeni funksiya


“WhatsApp”ın tərtibatçıları messencerdə yeni funksiyaların istifadəyə verilməsini elan ediblər.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, mütəxəssislər indi messencerin “iOS” platformasında işləyən növbəti versiyası üçün bir sıra yeniləmələri sınaqdan keçirirlər.

Məsələn, “WhatsApp” messencerində çatlarda mesajların alınması ilə bağlı problemin mövcud olması barədə bərkidilmiş xəbərdarlıq olacaq. Həmçinin istifadəçilər üçün qəbul edilmiş və ya göndərilmiş multimedia fayllarının sürətli redaktəsi funksiyası əlçatan olacaq.

Yeni funksiya vasitəsilə messencerdən çıxmadan şəkillərə dəyişikliklər etmək mümkün olacaq. Bu yenilik, həmçinin “Android” platformasının idarəetməsi altında işləyən qurğu sahiblərinə də əlçatan olacaq.

Bundan başqa, indi “WhatsApp” komandası “push” bildirişlərdə səsli mesajların ilkin dinlənilməsi imkanı üzərində işləyir.
loading...


loading...
Muəllif: narmin  21-08-2019, 16:34   Baxılıb: 636   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.