Qeydiyyat    Giriş
Sayta giriş
» » » 800 il sonra dirilən kahin ölüm haqqında şok açiqlamalar verdi
loading...
Xəbərlər / Dünya xəbərləri

800 il sonra dirilən kahin ölüm haqqında şok açiqlamalar verdi



800 il sonra dirilən kahin ölüm haqqında şok açiqlamalar verdi
İnsan həyatı ölümlə başa çatır. Amma ölüm və həyat arasında bir mərhələ varş Bu mərhələdə orqanizmdəki maddələr mübadiləsi tamamilə dayanır, bədən daşlaşır, amma ölmür.
Buddizmdə bu vəziyyət samadxi adlanır. Bu, letargiya yuxusu deyil. Çünki insanın orqanları fəaliyətini dayandırır-nəfəsalma və ürək döyüntüsü dayanır, qan dövranı olmur.
Sirli kahin Rodamir
2008-ci ilin yaz aylarında İranda senasion kəşf edildi. Tikinti zamanı qədim sərdabə üzə çıxdı. Sərdabədə 2 sarkofaq var idi. Onlardan birində böyük maqın bədəni tapıldı. Sərdabədəki yazıya əsasən onun adı Rodamir idi. Sarkofaqda tapılan Rodamirin bədəni ölməmişdi, o, anabioz yuxu vəziyyətində idi!
Digər sarkofaqda isə qızıl kitablar və qədim dövlətlərin xəritəsi var idi. Bu artefaktlar gizli saxlanılır. Ehtimal edilir ki, kitablarda Yerin tarixi, qədimdə istifadə edilən texnologiya haqqında məlumat var. Eyni zamanda bildirilir ki, sərdabə yaxınlığında yerin altında unikal kitabxanası olan şəhər tapılıb.
Bəzi versiyalara görə, kahin Rodamir 12 min il əvvəl, bəzilərinə görə isə 800 il əvvəl yaşayıb. O, oyanaraq bizim sivilizasiyaya fəlakətlərdən sağ qalmağa kömək edəcək.
Daşi Dorjo
Daşi 1852-ci ildə anadan olub. Lama iddia edir ki, 5 yaşında dünyaya gəlib. Onun ancaq atası haqqında məlumat var. Anası barədə heç bir məlumat yoxdur. Qısa müddətə yetim qalan Daşi çobanlıq edib sonra isə Aninsk datsanında oxuyub.
Tələbə kimi o, ayda kiçik məbləğdə pul alırdı. Bu pulu isə yaxınlıqdakı kəndin sakinləri ödəyirdilər.
Çar ailəsi İtiqelovu mükafatlandırdı. Buryatlar isə onu çox sevirdilər. Çünki Rahib bütün sərvətini məktəb tikintisi üçün bağışlamışdı.
İtiqelov Baykal ətrafı və Şərqi Sibirin Baş Laması idi (1911-1917). 1927-ci ilin yayında rahiblərdən ölü duasını oxumağı xahiş etdi. Sonra isə meditasiya vasitəsilə nirvana vəziyyətinə girdi. Lotos vəziyyətində olan Xambo lamanı dəfn etdilər.
İnancılar Daşini Rusiyada buddizmin əsasını qoyan Xambo lama Zayayevanın reinkarnasiyası hesab edirlər. Məlumdur ki, Xambo lama 1702-ci ildə anadan olub, 1979-cu ildə dünyasını dəyişib. 1852-ci ildə İtiqelov anadan olub. 75 il yaşayıb və 75 il sonra yenidən geri qayıdıb. Bu rəqəm bir neçə dəfə təkrarlanıb!
Alimlərin tədqiqatı
2002-ci ilin payızında sonuncu dəfə qəbiri açdılar. Meyitin çürüməməsi alimləri şoka saldı. İtiqelovun bədəni salamat idi. Alimlər Daşinin bədənini tədqiq etdilər. Məlum oldu ki, dəri yumşaqdır, çürüməyib. Əzələlər hərəkətlidir. Saç və dırnaq yaxşı qalıb. Barmaqlar, burun, qulaqlar və bütün xarici orqanlar yaxşı vəziyyətdədir. Mumiyalama aparılmayıb.
Hazırda İtiqelovun bədəni Buryatiyada saxlanılır. Onu qorumaq üçün şüşədən sarkofaq hazırlanıb. Məbədin işçiləri deyirlər ki, bəzən şüşə tərləyir. Bədənə Lama Bimba qulluq edir...
Artıq Rodamir yavaş-yavaş əlaqəyə girir və bildirir ki, Yerdə dörd seçilmiş insan oyandıqdan sonra həyat yaxşıya doğru gedəcək.
Budda rahibi
İkinci belə bir şəxs Xambo lama Daşi Corco İtiqelovdur. 2002-ci ilin payız ayında 1927-ci ildə dəfn edilmiş rahibin meyitini çıxardılar. Amma meyit çürüməmişdi və bədən canlı idi.
Ehtimal edilir ki, lama 12 həyat yaşayıb. Bu həyatların birində Buddanın tələbəsi, birində isə universitet müəllimi olub. İtiqelov yazılarında bir neçə min il ərzində 12 dəfə həyata qayıtdığı barədə qeydlər edib.
Bu yazılardan da görünür ki, lamalar divarı keçir, uça bilir, suda at çapır.
sonxeber.az
loading...


Muəllif: nigar  11-11-2019, 20:20   Baxılıb: 421   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.