Qeydiyyat    Giriş
Sayta giriş
» » Evi həşəratlardan təmizləməyin ƏN ASAN YOLLARI
Xəbərlər / Ölkə xəbərləri

Evi həşəratlardan təmizləməyin ƏN ASAN YOLLARI



Evi həşəratlardan təmizləməyin ƏN ASAN YOLLARI


Qızmar yay günlərini sevməməyimizin bir səbəbi də mətbəxi bürüyən qarışqalar, gecə yatmağa qoymayan ağcaqanadlardır.
Bu həşəratlardan qorunmaq üçün marketlərdə yetərincə zəhər növü satılır. Lakin bu kimyəvi vasitələr, həşəratlardan çox insan sağlamlığına zərərlidir.
Publika.az evi arzuolunmaz həşəratlardan qorumağın ən sərfəli, təbii və zərərsiz üsullarını təqdim edir.
Ağcaqanadlardan qorunmaq üçün
Hərəsindən 3 damcı olmaq şərtilə lavanda, nanə və ekvalipt yağlarını təmiz süngərin üstünə tökün. Süngəri təmiz şüşə bankaya qoyub, qapaqla bağlayın. 24 saat saxladıqdan sonra, bankanın qapağını açın ki, ətir bütün evə yayılsın. Bu bitki yağlarının qoxusu 1 neçə gün ərzində ağcaqanadları evinizdən uzaq tutacaq.
Qarışqalardan qorunmaq üçün
Qarışqaların ən çox toplaşdığı künclərə qarğıdalı unu səpib, onu öz yuvalarına daşımaqlarını gözləyin. Bir neçə gündən sonra nəticəni görəcəksiz.
Tarakanlardan qorunmaq üçün
Soğanı xırda-xırda doğrayın. Sonra isə adi məişət sodası ilə qarışdırıb tarakanların bol olduğu yerə qoyun. Bu prosesi bir neçə gün təkrarlasanız, arzuladığınız nəticəni əldə edəcəksiniz.

loading...
Müəllif: narmin  14-02-2018, 20:50   Baxılıb: 6 746   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.