Qeydiyyat    Giriş
Sayta giriş
» » NARAHATLIQ: Azərbaycana QİÇS virusu yeridilən banan gətirilib?
Xəbərlər

NARAHATLIQ: Azərbaycana QİÇS virusu yeridilən banan gətirilib?



 

Xaricdən gətirilən meyvələrin, xüsusilə bananın keyfiyyəti məsələsi yenidən gündəmə gəlib.

Sosial şəbəkələrdə hətta xaricdən gətirilən bananın müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısı olmasına dair narahatlıqverici məlumatlar yayılır. Bu məlumatlar sosial şəbəkə istifadəçilərinin telefonlarına göndərilir. Belə ki, son günlər sosial şəbəkələrində İnquşetiyada içərisinə QİDS virusu yeridilmiş bananların ölkəmizdə satışı haqda həyəcanlı xəbərlər yayılıb.

Bildirilir ki, həmin bananların içərisinə əlavə zərərverici maddələr yeridilir ki, bu da təhlükəli xəstəliklərə yol açır. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov narahatlığa əsas olmadığını bildirib: "Bananlar əsasən qaz anbarlarında saxlanılır. Zəhərli qaz balonları ilə arzuolunmaz ola bilər. Mən Afrikanın və Hindistanın özündə bananların çox kiçik olduğunu görmüşəm. Amma MDB məkanından gətirilmiş bananlar həcmcə böyükdür. QİDS virusunun ora yeridilməsi heç cür ağlabatan deyil. Çünki bu virus insanlara başqa yollarla keçir. Banan gömrük orqanları və laboratoriyalar yoxlayır. Həmçinin Azad İstehlakçılar Birliyinin dünyanın çox ölkəsi ilə əməkdaşlığı var. Xariçi tərəfdaşlarımızdan belə bir məlumat almamışıq”. cebhe.az




loading...
Müəllif: narmin  10-01-2016, 20:43   Baxılıb: 1 422   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.