Qeydiyyat    Giriş
Sayta giriş
» » Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
Xəbərlər / Həkimlər

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı



Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı

 

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ildə həkimlərin sayı 32 756 (2014-cü ildə 32 434 nəfər ) nəfər olub. Bu da əhalinin hər 10 000 nəfərinə 34,6 həkimin düşməsi deməkdir. Eyni zamanda, onlar arasında ixtisaslar üzrə ən çox terapevtlər üstünlük təşkil edib. Belə ki, ötən il üçün terapevtlərin sayı 8 504 nəfər olub.
Sonrakı yerlərdə pediatrlar 4 029 (2014-cü ildə 3 992), cərrahlar 3 640 (2014-cü ildə 3 771), stomatoloq və diş həkimi 2 601 (2014-cü ildə 2 452), ginekoloqlar 1 913 (2014-cü ildə 1 989), digər ixtisaslara görə 6 044 (2014-cü ildə 5 293) nəfərlə qərarlaşıb. 

 



Müəllif: Nermine Mahmudova  5-01-2016, 08:22   Baxılıb: 875   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.