Qeydiyyat    Giriş
Sayta giriş
» » Xəbərlər Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayı artıb
Xəbərlər

Xəbərlər Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayı artıb



 

Azərbaycanda 1 yaşa qədər ölən uşaqların sayı artıb.

2010-cu ildə 1843, 2011-ci ildə 1903, 2012-ci ildə 1884, 2013-cü ildə 1862, 2014-cü ildə 1655, 2015-ci ildə isə 2033 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib.

Uşaq ölümlərinin səbəbləri arasında tənəffüs sistemi xəstəliklərindən ölüm birinci yerdə dayanır. Ötən il 221 nəfər uşaq bu xəstəliklərdən dünyasını dəyişib.

Perinatal dövrdə meydana çıxan hallardan 1233, bəzi infeksiyon və parazitar xəstəliklərdən 65, anadangəlmə anomaliyalardan (inkişaf qüsurlarından) 198 nəfər 1 yaşa qədər uşaq dünyasını dəyişib.

Ötən il hər 10 000 nəfər diri doğulana bütün səbəblərdən 1 yaşa qədər ölən uşaqların sayına görə 109,5 uşaq düşüb. 2014-cü ildə isə bu rəqəm 102,5 uşaq, 2013-cü ildə 107,9 uşaq olub.

Statistik məlumatlara görə, ölən körpələrin çoxu oğlan uşaqlarıdır. 2014-cü ildə ölən 1 yaşadək oğlan uşaqlarının sayı azalaraq 976-ya (həmin ildə ölən 1 yaşadək uşaqların ümumi sayı 1655 olub) ensə də, 2015-ci ildə ölən oğlan uşaqlarının sayı (1220) yenidən artıb.

2010-cu ildə Azərbaycanda dünyasını dəyişən 1843 nəfər 1 yaşa qədər uşaqların 1018-si oğlan, 825-i qız olub. 2015-ci ildə isə dünyasını dəyişən 2033 nəfər 1 yaşa qədər uşağın 1220-si oğlan, 813-ü qız olub.

Azərbaycanda hər 10000 nəfər diri doğulana düşən uşaqlar arasında 1 yaşadək ölən qız uşaqlarının sayı üzrə artım olmasa və bu rəqəm 2014-cü ildəki səviyyədə qalsa da (9,5), oğlanlar üzrə bu göstəricidə çoxalma qeydə alınıb.

Ölkədə hər 10000 nəfər diri doğulana düşən 1 yaşa qədər ölən uşaqların sayı 2010-cu ildə 11,5, 2014-cü ildə isə 10,9 olsa da, 2015-ci ildə bu rəqəm 12,2-yə yüksəlib.

Trend.az




loading...
Müəllif: Nermine Mahmudova  8-07-2016, 18:44   Baxılıb: 774   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.