Qeydiyyat    Giriş
Sayta giriş
» » Hava XƏBƏRDARLIĞI - VƏTƏNDAŞLARA DİQQƏTLİ OLMAQ TÖVSİYYƏ EDİLDİ
Xəbərlər

Hava XƏBƏRDARLIĞI - VƏTƏNDAŞLARA DİQQƏTLİ OLMAQ TÖVSİYYƏ EDİLDİ



Hava XƏBƏRDARLIĞI - VƏTƏNDAŞLARA DİQQƏTLİ OLMAQ TÖVSİYYƏ EDİLDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gündən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

BAKU.WS-in Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq.

"Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar. Güclü külək nəticəsində irigövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsıyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşınları saxlamasınlar. Uşaqları güclü küləkli havada nəzarətsiz həyətə buraxmasınlar", - deyə xəbərdarlıqda bildirilir.
loading...


loading...
Muəllif: narmin  21-09-2019, 10:52   Baxılıb: 206   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.