Qeydiyyat    Giriş
Sayta giriş
» » Bu il məktəbəhazırlıq qruplarında təhsil ödənişli olacaq? - CAVAB
Xəbərlər

Bu il məktəbəhazırlıq qruplarında təhsil ödənişli olacaq? - CAVAB



Bu il məktəbəhazırlıq qruplarında təhsil ödənişli olacaq? - CAVAB
Xəbər verdiyimiz kimi avqustun 26-dan etibarən məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayıb.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı respublika üzrə dövlət ümumitəhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.

Bəs məktəbəhazırlıq qruplarında təhsil ödənişlidir?

AzEdu.az 2019-2020-ci dərs ili üçün məktəbəhazırlıqla bağlı ən çox verilən suala cavabı təqdim edir:

-Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.

Qeyd edək ki, ümumtəhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 2-27 sentyabr tarixlərində (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.

Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçiriləcək.
loading...


loading...
Muəllif: narmin  29-08-2019, 07:40   Baxılıb: 101   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.