Qeydiyyat    Giriş
Sayta giriş
» » Pensiyaçılara şad xəbər - Oktyabrın 1-dən...
Xəbərlər

Pensiyaçılara şad xəbər - Oktyabrın 1-dən...



Pensiyaçılara şad xəbər - Oktyabrın 1-dən...
Minimum əmək haqlarının artırılması barədə imzalanan Sərəncam dövlət sektorunda çalışan 500 mindən çox işçiyə şamil olunacaq.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Real TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, minimum əmək haqqı artımı bütün sahələrdə tətbiq olunacaq: “Apardığımız təhlillərə görə, özəl sektorda muzdla çalışan 300 minə yaxın insanın əmək haqqında artım müşahidə olunacaq”.

Nazir müavini qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərə görə, Azərbaycanda minimum pensiyanın məbləği bu ilin oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq: “Bu da təxminən 25% artımdır. Bu artım 700 minə yaxın insanı əhatə edəcək”.
loading...


loading...
Muəllif: narmin  19-06-2019, 16:29   Baxılıb: 821   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.