Qeydiyyat    Giriş
Sayta giriş
» » ŞAD XƏBƏR: bu şəxslər üçün avtobus pulsuz oldu
Xəbərlər

ŞAD XƏBƏR: bu şəxslər üçün avtobus pulsuz oldu



ŞAD XƏBƏR: bu şəxslər üçün avtobus pulsuz oldu
UEFA Avropa Liqasının final oyunu ərəfəsində akkreditasiya olunmuş şəxslərin mayın 25-30-da ictimai nəqliyyatdan və biletli azarkeşlərin isə mayın 28, 29 və 30-da kart sistemi ilə işləyən marşrutlardan ödənişsiz şəkildə istifadəsi üçün işlər görülüb.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
O bildirib ki, eyni zamanda oyun günü ictimai nəqliyyat gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək: “Çarter reysi ilə gələn “Arsenal” və “Çelsi” azerkeşlərinin “Terminal-1” və “Terminal-2” ərazisindən müvafiq olaraq Bakı Olimpiya Stadionuna və Bakı Nəqliyyat Agentliyinin Depo-2 ərazisinə təqdim edilən siyahıya uyğun olaraq daşınması AFN transport şirkəti tərəfindən həyata keçiriləcək və koordinasiya olunacaq.
Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və
“Arsenal” komandaları üz-üzə gələcək.Trend
loading...


loading...
Muəllif: narmin  25-05-2019, 17:59   Baxılıb: 656   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.