Qeydiyyat    Giriş
Sayta giriş
» » SON DƏQİQƏ: Problemli kreditlərlə bağlı yeni xəbər – Rəsmi + Video
Xəbərlər

SON DƏQİQƏ: Problemli kreditlərlə bağlı yeni xəbər – Rəsmi + Video



SON DƏQİQƏ: Problemli kreditlərlə bağlı yeni xəbər – Rəsmi + Video


Bu günə qədər 506 min nəfərə problemli kreditlərlə bağlı kompensasiya ödənilib. Prosesin bu ayın sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub. Problemli kreditlərlə bağlı kompensasiyaların 84 faizi ödənilib.

Turkustan.info xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə rəisi Orxan İsmayılov deyib.

O deyib ki, bu qəbildən olan kreditlərin həlli ilə bağlı fərmanın icrası qrafikə uyğun davam edir. Fərmana əsasən, 602 min 347 nəfərə kompensasiya ödənişinin verilməsi nəzərdə tutulmuşdu. Artıq 243 min nəfərin kompensasiyası ödəniş müddəti keçmiş kreditlərin azaldılmasına yönəlib. 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.

300 minə yaxın vətəndaşın isə yeni güzəştli kredit müqavilələri ilə təmin edilməsi, yəni restrukturizasiya prosesinə cəlb edilməsi nəzərdə tutulub. Bu prosesə də start verilib.

Orxan İsmayılov bankların bu müqavilələr üçün tələb etdiyi zaminlər məsələsinə də toxunub.

O deyib ki, bu, bankla vətəndaş arasında həll olunacaq məsələdir.

Kredit tarixçələri korlanmış vətəndaşlara gəlincə isə, onların bundan sonrakı ödənişləri “qara siyahılar”dan çıxmasında mühüm rol oynayacaq.
Yeni müqavilə imzalamayacaq vətəndaşların kredit tarixçələri isə başqa kreditlərini ödəmə intizamına görə müəyyən ediləcək.


loading...


loading...
Muəllif: narmin  15-05-2019, 15:04   Baxılıb: 916   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.