Qeydiyyat    Giriş
Sayta giriş
» » ƏHALİNİN NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq-Mütləq baxın, bu sizin ərazi ola bilər!
Xəbərlər

ƏHALİNİN NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq-Mütləq baxın, bu sizin ərazi ola bilər!



ƏHALİNİN NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq-Mütləq baxın, bu sizin ərazi ola bilər!



Bakının Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində pilot layihə ilə çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, aprelin 19-da saat 09:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava,Tibilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Nərimanov və Binəqədi rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
loading...


loading...
Muəllif: narmin  18-04-2019, 20:34   Baxılıb: 2 717   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.