Qeydiyyat    Giriş
Sayta giriş
» » Bakıda yaşayış binasında güclü yanğın – 70 yaşlı qadın diri-diri yandı
Xəbərlər

Bakıda yaşayış binasında güclü yanğın – 70 yaşlı qadın diri-diri yandı



Bakıda yaşayış binasında güclü yanğın – 70 yaşlı qadın diri-diri yandı
Bakının Nizami rayonunda yerləşən yaşayış binasında yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1949-cu il təvəllüdlü İbrahimova Validə Nəsir qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
loading...


loading...
Muəllif: narmin  17-04-2019, 09:40   Baxılıb: 1 324   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.