Qeydiyyat    Giriş
Sayta giriş
» » Evimizdəki pis ab-havanı, stressi necə qovaq? – Sadəcə duz və sirkə lazımdır
Xəbərlər

Evimizdəki pis ab-havanı, stressi necə qovaq? – Sadəcə duz və sirkə lazımdır



Evimizdəki pis ab-havanı, stressi necə qovaq? – Sadəcə duz və sirkə lazımdır



Kimi buna "bədnəzər” deyir, kimi də "mənfi enerji”. Nə cür adlandırılmağından asılı olmayaraq, evdə olan mənfi auranı aradan qaldırmaq sağlamlığa yalnız faydalı ola bilər.

Son zamanlar evin enerjisini təmizləmə üsulları çox populyardır.

Evdə olan stressli və aqressiv ab-havanı aradan qaldırmağın bir sıra yolları mövcuddur.

Medicina.az onlardan ən etibarlısını təqdim edir:

Duz və sirkə qarışığı

Özünüzü yorğun, küsəyən və bədbəxt hiss etməyə başladığınız an ətrafınızda yığılan bu neqativ enerjini yaşadığınız məkandan çıxarmaq çox asandır. Duz və sirkə qarışımı evinizdəki gərginliyi, yuxusuzluğu və narahatlığı aradan qaldıracaq.

Bu qarışım vasitəsilə evinizə yenidən rahatlıq gətirə və yaşama keyfiyyətinizi artıra bilərsiniz.

Tələb olunanlar:

- 1 stəkan su

- 1 desert qaşığı dəniz duzu

- 1 çay qaşığı sirkə

Hazırlanması:

- Stəkanın 3/1 hissəsinə duz əlavə edin.

- Daha sonra stəkanının yarısına qədər su əlavə edin.

- Digər qalan yarısına da sirkə əlavə edin.

- Bu qarışımı evinizdə görünməyən bir yerə qoyun və heç toxunmadan bir gün saxlayın.

24 saat sonra qaba baxın. Əgər qabdakı qarışım əvvəlki vəziyyətdə dəyişmədən qalıbsa deməli sizin evinizdə mənfi enerji yoxdur. Yox əgər qabda hava qabarcıqları yaranıbsa və ya görünüşü dəyişibsə bu yaşadığınız evin neqativ enerjiyə malik olmasından xəbər verir.

Bu zaman etməli olduğunuz iş qarışımı hər gün evdən kənar bir yerə boşaldaraq yenidən hazırlamaqdır. Bu qarışımı görünüşü dəyişməyənə qədər edin.

Arzu
loading...


loading...
Muəllif: narmin  11-10-2019, 10:35   Baxılıb: 757   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.