Qeydiyyat    Giriş
Sayta giriş
» » “Peyğəmbər buyurur ki, qadına əl qaldıranlara Qiyamət günü düşmən olacam...” -İlahiyyatçı.
Xəbərlər

“Peyğəmbər buyurur ki, qadına əl qaldıranlara Qiyamət günü düşmən olacam...” -İlahiyyatçı.



“Peyğəmbər buyurur ki, qadına əl qaldıranlara Qiyamət günü düşmən olacam...” -İlahiyyatçı.


“Ərəb cəmiyyətində bir vaxt qız övladını xəcalət vasitəsi kimi qəbul edirdilər, yəni qız övladı olan başıaşağı gəzirdi. Amma belə bir zamanda Allah Peyğəmbərimizə qız övladı bəxş etdi və onun nəsli xanım Fatimeyi Zəhra vasitəsiylə davam etdi”


Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşhədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli dinimizdə qadınlara verilən dəyərdən danışarkən deyib.


İlahiyyatçı bildirib ki, qadınlar yer üzündə Allahın bizlərə bəxş etdiyi bir nemətdir:


“Ümumiyyətlə, arzu edirəm ki, hər gün qadınlarımızın günü və bayramı olsun. Həqiqətən də dinimiz qadına olduqca böyük dəyər verir. Qadın yer üzündə Allahın mərhəmətinin daşıyıcısıdır. Peyğəmbərimiz buyurub ki, qadınlar sizə Allahın əmanətidir və o əmanət haqqında sorğu-sual olunacaq. Bu, isə qadının zəif olmasıyla yox, onun dəyəriylə bağlıdır. Eyni zamanda Peyğəmbər buyurur ki, qadına əl qaldıranlara qiymət günü düşmən olacam. Qadın Allahın insanlara bəxş elədiyi bir nemətdir. Hədislərdə var ki, kim üç qız uşağını tərbiyyə etsə, cənnət ona vacib olar. “Qurani-Kərim”də Məryəm sürəsi var və orda Həzrəti Məryəm bəşəriyyətə bütün bir nümunə olaraq təqdim olunur. Ərəb cəmiyyətində bir vaxt qız övladını xəcalət vasitəsi kimi qəbul edirdilər, yəni qız övladı olan başıaşağı gəzirdi. Amma belə bir zamanda Allah Peyğəmbərimizə qız övladı bəxş etdi və onun nəsli xanım Fatimeyi Zəhra vasitəsiylə davam etdi. Bütün bunlar onu göstərir ki, qadınlar çox dəyərlidir və “Qurani-Kərim” də, hədislər də bu dəyəri bizə çatdırır. Ona görə bütün qadınlarımızı bayram münasibəti ilə təbrik edirəm. Allah ömürlərini uzun eləsin. Azərbaycan qadını xüsusilə öz ismətiylə, hərəkətiylə seçilən bir qadındır. Arzu edirəm ki, Allah qadınlarımızı dəyərləndirməyi bizə nəsib etsin”. moderator.az
loading...


loading...
Muəllif: narmin  9-03-2019, 00:03   Baxılıb: 190   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.