Qeydiyyat    Giriş
Sayta giriş
» » SON DƏQİQƏ: İlham Əliyevin çox vacib sərəncamı rayon əhalisini sevindirdi
Xəbərlər

SON DƏQİQƏ: İlham Əliyevin çox vacib sərəncamı rayon əhalisini sevindirdi



SON DƏQİQƏ: İlham Əliyevin çox vacib sərəncamı rayon əhalisini sevindirdi


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

1. Tovuz rayonunda Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi işlərinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 3 160 000 (üç milyon yüz altmış min) manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
loading...


loading...
Muəllif: narmin  6-03-2019, 14:33   Baxılıb: 397   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.