Qeydiyyat    Giriş
Sayta giriş
» » Usubov onu vəzifədən çıxartdı
Xəbərlər

Usubov onu vəzifədən çıxartdı



Usubov onu vəzifədən çıxartdı


Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Mehman Fətəliyev Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, o bu təyinata qədər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi olub.

Qeyd edək ki, M.Fətəliyev yeni idman növlərindən sayılan qrapplinqlə məşğul olur. Bir neçə uğurlara imza atan polis zabiti sonuncu dəfə Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.

Xatırladaq ki, bundan öncə Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Cəmşid Hənifəyev idi. O, ötən ay R.Usubovun əmri ilə tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb.

***

R.Usubovun digər əmri ilə Yasamal rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Qəhrəman Qələndərov Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi təyin olunub.

***

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmrinə əsasən, Xocavənd rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Yadigar Güdən oğlu Hüseynov tutduğu vəzifədən azad edilib

Report-un məlumatına görə, onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Y.Hüseynov bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu.
loading...


loading...
Muəllif: narmin  5-03-2019, 00:41   Baxılıb: 840   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.