Qeydiyyat    Giriş
Sayta giriş
» » Xoşbəxt ölkə: Faizsiz kredit, hər gün restoran, məmurdan çox qazanan zibildaşıyan…
Xəbərlər

Xoşbəxt ölkə: Faizsiz kredit, hər gün restoran, məmurdan çox qazanan zibildaşıyan…



Xoşbəxt ölkə: Faizsiz kredit, hər gün restoran, məmurdan çox qazanan zibildaşıyan…


Bu yaxınlarda açıqlanan reytinq cədvəlinə görə, dünyanın ən xoşbəxt on ölkəsindən biri – Avstraliya…
Ora başqa ölkələrdən gələn miqrantlar kifayət qədər çoxdur. Onlar "yaşıl materikdə” yaşayış barədə fikirlərini bölüşüblər. Onları dinlədikcə insanda Avstraliyaya gedib orada yaşamaq həvəsi yaranır. Bizimyol.info Avstraliya barədə maraqlı faktları təqdim edir.
Gülərüz və gəlmələrə qarşı hörmətli
Avstraliyanı "gəlmələr ölkəsi” adlandıranlar da var. Heç bir halda, millətçilik hiss olunmur. Orada yaşayan miqrantlar danışır ki, avstraliyalılar qətiyyən gərgin olmurlar. Onların sevimli sözü də "narahat olma”dır. Çox xeyirxahdılar, başqalarına kömək eləməyə çalışırlar.
Miqrantlar danışır ki, gülərüzdülər, küçədə gedəndə səbəbsiz bir-birinin üzünə gülümsəyirlər bəzən. Millətlərarası konflikt yoxdur.
"Bir dəfə ət mağazasında ərəbə Əssalaməleyküm” dedim, inanılmaz sevindi. O vaxtdan hər görəndə salamlaşır, əlimi sıxır. Hətta küçədə görəndə də…”, – rus miqrant danışır.
Paytaxtda 2-3 otaqlı mənzil kirayələmək aylıq 1500-2000 dollara başa gəlir. Amma Sidneydə daşınmaz əmlak çox bahadır.
Çoxmənzilli evlərə xüsusi idarəedici şirkətlər xidmət edir. Məsələn, xüsusi çilingər var, hansısa problem yaranıbsa, axtarıb tapmaq, bütün günü gözləmək lazım deyil, on dəqiqəyə gəlir və problemi həll edir. Təmirə ehtiyac olduğu vaxtda siz harasa getməlisinizsə, rahatca gedə bilərsiniz. Açarı işçiyə verirsiz, evə qayıdanda bütün problemlər həll olunmuş vəziyyətdə olur, heç kim də heç nəyinizi oğurlayıb aparmayacaq.


Məsələn, Avstraliyanın Kvinslend ştatının Brisben şəhərində əhali əsasən, üç cür nəqliyyatdan istifadə edir: şəhərətrafı qatarlar, avtobuslar və çay nəqliyyatı. Bütün şəhər boyu axan çay qışda donmur, nəqliyyat həmişə hərəkətdədir. Şəhərin bir tayından o biri tayına keçmək üçün çox uyğundur. Bütün nəqliyyat vasitələrində qiymət eynidir. Bəzən nəğd pul olmayanda (bank kartı da qəbul etmirlər) sürücülər bir neçə dayanacağı pulsuz da aparırlar.


Avstraliyada aylıq ərzağa 250-550 dollar pul xərclənir. Mağazalar hər gün axşam saat 23.00-a qədər açıq olur, amma cümə axşamları gecə yarısına qədər alış-veriş etmək mümkündür. Bunu ona görə edirlər ki, adamlar dördüncü gün axşamdan bazarlıqlarını eləsinlər, cümə günü işdən gələndən sonra mağazaya qaçıb, həftəsonu üçün nələrsə almaqdansa, istirahətə başlasınlar.
Mağazada məsələn, "tələbələr üçün 10 faiz endirimlə” satılan kompüteri almaq istəyib, satıcıya "onu mənə də tələbə qiymətinə satmağınızı xahiş edirəm” desəniz, xahişiniz yerə düşməyəcək. Çünki çalışırlar ki, insanların ehtiyacı olan şeyləri əldə etməsi üçün onlara imkan daxilində yardım etsinlər.
Avstraliyada yaşayan miqrantlar deyir ki, bütün ölkə sanki parkdır. Həftə sonları onların əsas işlərindən biri maşına minib, təbiət qoynuna getmək olur. Orada dənizdə, çayda çimirlər, kabab çəkirlər, gəzirlər.



Bir çox ölkələrdə olduğu kimi, burada da adamlar restorana xüsusi günlərdə getmirlər. Hamı və həmişə gedir. Restoranlarda qiymətlər baha deyil, hətta bəzən ərzaq alıb evdə hazırlanan qiymətə başa gəlir.
Avstraliyada kofe mədəniyyəti çox inkişaf edib, əhali yaxşı keyfiyyətli kofeni qiymətləndirir. Orada "Starbucks” pis zövqün göstəricisi sayılır.
Sidneydə əyləncə və mədəni həyatın çatışmazlığı həmin obyektlərin çox tez bağlanmasıdır. Axşam saat 22.00-dan sonra restoranda şam yeməyi artıq mümkün olmur.
Avstraliyada dövlətin öz vətəndaşlarına güclü sosial dəstəyi var. İşsizlərə verilən müavinətdə normal yaşamaq olur. Buna görə də dövlətdən müavinət alıb, heç işləməyənlər var. Amma işsizlər nəzarətdən kənarda qalmır. Onlar özləri də başa düşür ki, ən xırda qanun pozuntusuna görə də sərt cəzalana bilərlər.
Məsələn, boş yoldur, kameralar, polis də yox, hansı sürətlə istəsən, gedə bilərsən. Amma səni yaxaladılarsa, bunun bədəlini yetərincə ödəməli olursan. Bir dəfə cəzalanmaq kifayət edir ki, bir daha qanunu pozmayasan.
Avstraliyalıların işə münasibəti bir qədər fərqlidir. Hansı işçinin nə qədər işləməsi, masa arxasında nə qədər vaxt keçirməsinə, nə zaman gəlib-getməsinə xüsusi nəzarət yoxdur. Bununla belə, işçilər də bundan sui-istifadə eləmirlər. Adamlar işə gəliblərsə, işləri ilə məşğul olurlar. İşçiyə onun gördüyü işə görə qiymət verilir, formal göstəricilərə görə yox. Evdən işləməyə, ehtiyac olanda məzuniyyət götürməyə heç bir problem yaradılmır.
Zibildaşıyan ofisdə işləyəndən çox maaş alır
Bu ölkədə adamların sabaha inamı var, əmindilər ki, hər şey yaxşı olacaq. Burada heç kimi bahalı maşınla görməzsən. Ümumiyyətlə, maddiyyata çox da önəm verilmir.
Avstraliyada istənilən peşə sahibi normal yaşayışa kifayət edəcək qədər qazana bilir. Məsələn, zibildaşıyan şəxsin iki günlük qazancı ofisdə oturub rahat şəraitdə çalışanların, o cümlədən bir sıra məmurların bir həftəlik əməkhaqqısına bərabər olur.
Avstraliyalılar başqa ölkədə 28 yaşlı birinin marketinq şöbəsinin rəhbəri olduğunu eşidəndə təəccüblənirlər. Çünki burada 45 yaşına qədər buna nail olmaq mümkün deyil. Karyerada uğura çatmaq üçün əsas açar isə sosiallaşmaqdır. Hətta ən rəqabətli kollektivdə də insanlar bir-birinə yardım edirlər.
Avstraliyada iş günü əsasən, günün birinci yarısına sıxışdırılır. Səhər saat 5 radələrində ofislərin əksəriyyəti açılır, 06.30-07.00 radələrində iş başlayır.
Avstraliyada sosiallaşmanın daha bir forması isə birgə qaçışdır. Saat 12.30 radələrində minlərlə insan botanika bağında birlikdə qaçırlar.
Məktəblər və uşaqlara münasibət
Avstraliyada böyüklər kimi, uşaqlar da gülərüzdür. Orada demək olar ki, əksəriyyət ingilis dilini bilmir. Uşaqlar çox dostcanlıdır.
Bağçalarda uşaqlar yerdə əyləşir. Nəsə hazırlayanda, yaxud yemək yeyəndə uşaqlar stol arxasında olur.
Məktəblərdə uşaqların gərgin olmamasına çalışırlar. Demək olar ki, evə tapşırıq verilmir. Ona görə də valideynlər narahatdır ki, övladlarının biliyi az olacaq. Övladlarının uğur əldə etməsini çox istəyən valideynlər daha ciddi məktəb və proqramlar axtarırlar. Orada deyilənə görə, çinlilərin çox olduğu məktəblər yaxşı məktəblər sayılır. Çinlilər həm təhsildə ciddidilər, həm də əməksevərdilər.
Avstraliyada tələbələrə təhsil üçün faizsiz kredit verilir. Tələbə təhsilini başa vurandan və işə başlayandan sonra götürdüyü krediti ödəyə bilir.
İki dəfə səs verən həbs oluna bilər
Avstraliyada seçkidə iştirak etmək vətəndaş üçün məcburidir. Yəni bizdən fərqli olaraq, orada seçkidə iştirak hüquq deyil, vəzifədir. Qanuna görə, seçki günü üzrsüz səbəbdən gedib səs verməyən vətəndaş cərimələnir. Bəzi hallarda, hətta əmlakının üzərinə həbs də qoyula bilər. Öncədən də səs vermək olar – poçtla məktub göndərməklə.
Seçki günündə bir dəfədən artıq səs verməyə görə cərimə, hətta 12 aya qədər həbs cəzası nəzərdə tutulub.
Avstraliyada küçənin ortasında mikrodalğalı soba, tozsoran, kompüter, stul və s. əşyaları pulsuz götürüb istifadə edə bilərsən. Adamlar istifadə etmədikləri əşyaları evlərinin yanına çıxarıb qoyurlar. Bu da o deməkdir ki, kim istəsə, götürüb apara bilər. Əşyalar nimdaş olmur.
loading...


loading...
Muəllif: narmin  2-10-2019, 18:40   Baxılıb: 482   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.