Qeydiyyat    Giriş
Sayta giriş
» » Kasıblıq gətirən əməllər və Var-dövlətin çoxalmasına səbəb olan əməllər bunlardı...Bunu hər gün edirik bilmədən...
Xəbərlər

Kasıblıq gətirən əməllər və Var-dövlətin çoxalmasına səbəb olan əməllər bunlardı...Bunu hər gün edirik bilmədən...



Kasıblıq gətirən əməllər və Var-dövlətin çoxalmasına səbəb olan əməllər bunlardı...Bunu hər gün edirik bilmədən...


Kokteyl.Az islam.az-a istinadən bildirir ki, İmam Əli ibn Əbu Talibdən (ə) rəvayət edilib ki, bir neçə əməl kasıblığa səbəb olar, bəzi əməllər də ruzini artırar.
Kasıblıq gətirən əməllər bunlardır:
- evin divarlarındakı hörümçək torunu dağıtmamaq (yəni divarları təmiz saxlamamaq),
- hamamda çimərkən sidik ifraz etmək,
- cənabətli halda yemək,
- ayaq üstə saç daramaq,
- süpürülmüş toz-torpağı atmayıb evin içində saxlamaq,
- yalandan and içmək,
- zina etmək,
- acgözlük etmək,
- şam və xüftən namazlarının arasında yatmaq,
- sübhdən sonra, Günəş çıxmazdan əvvəl yatmaq,
- çoxlu yalan danışmaq,
- ğinaya (haram musiqiyə) qulaq asmaq,
- axşam dilənən dilənçiyə heç nə verməmək,
- yaşayış xərcini həddən artıq çoxaltmaq (israf etmək)
- yaxınlarla (qohumlarla) pis rəftar etmək.
Var-dövlətin çoxalmasına səbəb olan əməllər isə aşağıdakılardır:
- sübh namazından və əsr namazından sonra təqibat (dua) oxumaq,
- yaxınlara yaxşılıq və ehsan etmək,
- evin həyətini süpürmək,
- öz malını mömin qardaşlarla bölüşmək,
- səhər tezdən ruzi dalınca getmək,
- çoxlu istiğfar etmək (yəni günahlarını bağışlamaq üçün Allaha yalvarmaq),
- camaatın əmlakına xəyanət etməmək,
- düzgün və haqq söz danışmaq,
- müəzzinin (azan verənin) ardınca azanın sözlərini təkrar etmək,
- ayaqyolunda danışmamaq,
- dünyaya həris olmamaq,
- nemət verənə (həm Allaha, həm də ehsan edən insanlara) təşəkkür etmək,
- yalan yerə and içməkdən çəkinmək,
- yeməkdən qabaq əlləri yumaq,
- süfrədə qalmış qırıntıları toplayıb yemək.
loading...


loading...
Muəllif: narmin  6-10-2019, 08:11   Baxılıb: 350   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.