Qeydiyyat    Giriş
Sayta giriş
» » Azərbaycanda vəzifəli şəxs faciəvi qəzada dünyasını dəyişdi - TƏFƏRRÜAT
Xəbərlər

Azərbaycanda vəzifəli şəxs faciəvi qəzada dünyasını dəyişdi - TƏFƏRRÜAT



Azərbaycanda vəzifəli şəxs faciəvi qəzada dünyasını dəyişdi - TƏFƏRRÜAT


Dünən Balakən rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Qasbinə kəndi ərazisində - Beşbulaq adlanan ərazidə Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə toqquşan “Toyota RAV4” markalı minik avtomobilində vəfat edən 1985-ci il təvəllüdlü Alqayev Samir Nurəddin oğlu Zaqataladan işdən gəlirmiş.

Belə ki, Zaqatala Su-Kanal idarəsində çalışan Samir Beşbulaq adlanan ərazidəki döngədə sürət həddini düzgün seçmədiyindən avtomobili yük maşınına çırpıb. O, hadisə yerindəcə keçinib. S.Alqayevin 2 azyaşlı övladı qalıb.

Qeyd edək ki, qəza nəticəsində xəsarət alan B.Saminə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ambulator müalicəyə yazılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

mənbə: publika
loading...


loading...
Muəllif: narmin  14-02-2019, 11:16   Baxılıb: 2 253   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.