Qeydiyyat    Giriş
Sayta giriş
» » Məhşur “Zara” brendindən aldadıcı endirimli qiymətlər
Xəbərlər

Məhşur “Zara” brendindən aldadıcı endirimli qiymətlər



Məhşur “Zara” brendindən aldadıcı endirimli qiymətlər


SaqlamHeyat.az Hokm.az-a istinadən xəbər verir ki, bir çox ölkələrdə müəyyən zamanlarda kütləvi endirimlər keçirilir. “Black Friday” ( Qara Cümə bəzi yerlərdə isə Möhtəşəm Cümə kimi adlandırılır – red) dünya ölkələrində keçrilən ən məhşur endirim ənənəsi hesab olunur adətən ay ərzində 3 gün və ya istəyə görə çox ola bilir və ilk endirim günü cümə gününə təsadüf edir bununda əsas səbəbi bir çox inkişafda olan və inkişaf etmiş ölkələrdə həftəlik 5 günlük iş rejimi olduğuna görə digər günlər rahat alış veriş edərək endirimlərdən yararlanırlar. Hokm.az araşdırması zamanı maraqlı tendensiya müşahidə olunub belə ki, bu endirim ənənəsi bizim ölkədə də uzun illərdi istifadə olunur lakin yerli sahibkarlar və dünya brendlərinin Azərbaycanda yerləşən ticarət obyektləri məsələni endirim olaraq yox istehlakçının birə bir aldadılması və endirim əks sədası ilə cəlb edici görsənməklə müştərilərdən daha çox qazanc qazanmaq kimi anlayıb.
Alıcılar bəzən ticarət mərkəzlərini gəzərkən bir çox bəyəndiyi brend dükanlarda sırf müəyyən etdikləri bəyəndikləri məhsulların endirimdə olmasını gözləyir təəssüfki, brendlərimizdə yazılan endirimlər mağaza daxilində özünü doğrultmur. Endirimlər adətən bütün məhsullara şamil olurun və hətta çox ucuz qiymət olduğundan insanlar arasında qarşıdurma yaradır lakin digər dünya ölkələrində olan endirimdən fərqli olaraq bizdə satılmayan məhsullara və ya qeyri mövsüm məhsullarına tətbiq olunur.
Bundanlardan birini də dünyaca məhşur Zara brendi edib. Zara brendinin üsulu isə illərcə qarşılaşdığı ənənəvi aldatma və yanıltma metodu olub. Beləki müəyyən olunan məhsulların qiyməti öncə qaldırılıb daha sonra “Black Friday” endirim kampaniyası çərçivəsində istehlakçıların uzun zamandı gözlədiyi “Endirim” təqdim olunub. Azərbaycanlı istehlakçıları aldatmağa çalışan dünya brendi ölkəmizdəki alıcıların ağıllı olmasını nəzərə almayıb. Təbii ki, uzun zaman alış verişi brend markalardan edən alıcılar belə hallar ilə dəfələrlə qarşılaşdığı zaman özlərini aldadılmış hiss edirlər və bu da məhsula və markaya qarşı antipatiya yaradır. Qısa zamanda daha çox marja əldə etmək istəyən markalar zaman zaman özlərinə qarşı qıcıq yaratdıqları müştəriləri daha onların markasına müraciət etmədiyini gördükdə belə aldadıcı və yanıldıcı reklamları etməyəcəyi anlayacaqdır.
Sizə “Zara” ticarət obyektində daimi istehlakcısı tərəfindən lentə alınan və sosial şəbəkələrdə paylaşılan aldadıcı reklama aid olan nümunəni istehlakçının paylaşdığı kimi təqdim edirik.
loading...


loading...
Muəllif: narmin  26-11-2018, 20:10   Baxılıb: 129   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.