Qeydiyyat    Giriş
Sayta giriş
» » SON DƏQİQƏ: Xalq artisti XƏRÇƏNGƏ təslim olaraq, VƏFAT etdi-FOTO
Xəbərlər

SON DƏQİQƏ: Xalq artisti XƏRÇƏNGƏ təslim olaraq, VƏFAT etdi-FOTO



SON DƏQİQƏ: Xalq artisti XƏRÇƏNGƏ təslim olaraq, VƏFAT etdi-FOTO

Rusiyanın məşhur Xalq artisti Nikolay Karaçençov 74 yaşında vəfat edib.

Rusiya mətbuatı məlumat verir ki, bu acı xəbəri TASS agentliyinə aktyorun oğlu Andrey Karaçençov verib.

"Bəli, o, bu gün Moskvada yerləşən 62-ci xəstəxananın reanimasiyasında səhər saat 08.50 radələrində vəfat edib", - deyə Andrey bildirib.

Doğum günündən bir gün əvvəl vəfat edən aktyorun ölüm səbəbi haqqında hələ ki məlumat verilmir. Lakin məlumdur ki, oktyabrın əvvəllərində Nikolay Karaçençov ağciyər iltihablanmasından xəstəxanaya yerləşdirilmişdi.

Bundan bir il öncə aktyora ağciyər xərçəngi diaqnozu qoyulmuşdu. O, əvvəlcə Rusiyada bir neçə ay müalicə olunub, sonra isə həyat yoldaşı ilə İsrailə uçub, orada yerli həkimlər öz müsbət nəticələrini verən lazımi müalicə kursu təyin ediblər: Şiş çarpacaq dərəcədə azalıb.

Nikolay Karaçençov son bir neçə ayı vətənində kimyəvi üsulla müalicə kursu keçirdi, həmçinin ağciyər iltihabını azaltmaq üçün güclü antibiotiklər qəbul etməyə məcbur olub.

Aktyorun həyat yoldaşı Lyudmila Porqina agentliyə ərinin ölümündən danışıb: "Hazırda onun vida və dəfn mərasiminin təşkili ilə məşğuluq".

Xatırladaq ki, Karaçençov Rusiyada onlarla filmdə rol alıb. 2005-ci il fevral ayının 25-də o, avtomobil qəzasına düşüb və nəticədə beynindən ağır zədə alıb.

Sovet istehsalı olan bir çox filmlərdə yaratdığı obrazlarla tamaşaçı rəğbəti qazanan Nikolay Karaçençov “Elektronikin macəraları” filmində oynadığı Uri rolu ilə daha çox tanınır.publika.az
SON DƏQİQƏ: Xalq artisti XƏRÇƏNGƏ təslim olaraq, VƏFAT etdi-FOTO
loading...


loading...
Muəllif: narmin  26-10-2018, 21:13   Baxılıb: 2 505   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.