Qeydiyyat    Giriş
Sayta giriş
» » Sənət dünyasına AĞIR İTKİ - Xəstəxanaya yerləşdirilən məşhur azərbaycanlı aktyor VƏFAT ETDİ
Xəbərlər

Sənət dünyasına AĞIR İTKİ - Xəstəxanaya yerləşdirilən məşhur azərbaycanlı aktyor VƏFAT ETDİ



Sənət dünyasına AĞIR İTKİ - Xəstəxanaya yerləşdirilən məşhur azərbaycanlı aktyor VƏFAT ETDİ


Tanınmış teatr rejissoru və aktyor Ədalət Ziyadxanov vəfat edib.

SaqlamHeyat.az BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə aktyor Elxan Rza "Facebook" hesabında məlumat verib.

Qeyd edək ki, Ədalət Ziyadxanov ötən il ruhi xəstəxanaya yerləşdirilmişdi.

Onu da əlavə edək ki, rejissor 1946-cı ildə Bakıda anadan olub. Əvvəllər Şəki Teatrında rejissor, Ağdam Teatrında baş rejissor işləyib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb.

Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq fakültəsində "ədəbi yaradıcılıq" ixtisası üzrə dərs deyib. Ziyadxanovun Bakı Bələdiyyə Teatrında səhnələşdirdiyi Aqşin Babayevin "Oğul" əsəri "Dərviş" mükafatına layiq görülüb.

Tamaşalarının böyük bir hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır.

Sənət dünyasına AĞIR İTKİ - Xəstəxanaya yerləşdirilən məşhur azərbaycanlı aktyor VƏFAT ETDİ
loading...


loading...
Muəllif: narmin  13-09-2018, 18:26   Baxılıb: 11 103   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.