Xəbərlər –
Bakıda ŞOK OLAY!!Zorlanmamaq üçün özünü pəncərədən atdı..Bakıda evin pəncərəsindən özünü atan qadın müxtəlif dərəcəli xəsarətlər alıb. SaqlamHeyat.az publika.az -a istinadla xəbər verir ki, Qaradağ rayonu Sahil qəsəbəsi, Seyidov küçəsindəki binada yaşayan 1972-ci il təvəllüdlü Z.Məmmədova özünü 3-cü mərtəbədən atıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qadına onurğanın küt travması diaqnozu qoyulub. Hadisə ilə bağlı media.az saytının yaydığı xəbərdə qeyd edilib ki, Z.Məmmədova hadisədən öncə tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı Qaradağ rayonunda cinayət işi açılıb, araşdırmalar aparılır. loading...
loading...
|
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .