Qeydiyyat    Giriş
Sayta giriş
» » Kişilərə yeni kimliklərin verilməsində problem yarandı – Səbəb
Xəbərlər

Kişilərə yeni kimliklərin verilməsində problem yarandı – Səbəb



Kişilərə yeni kimliklərin verilməsində problem yarandı – Səbəb


Azərbaycanda müxtəlif səbəblərdən şəxsiyyət vəsiqələrini dəyişən kişilərə yeni nəsil vəsiqələrin verilməsində problem yaranıb.
Problemlə yeni şəxsiyyət vəsiqəsi almaq üçün ASAN Xidmət mərkəzlərinə müraciət edən vətəndaşlar üzləşib.

Söhbət qeydiyyat ünvanı dəyişmiş və nigaha daxil olmuş şəxslərdən gedir. Bu kateqoriyadan olan kişilərə Daxili İşlər Nazirliyinin (DİN) Baş pasport, qeydiyyat və miqrasiya idarəsi tərəfindən yeni nəsil şəxsiyyət vəsiqələrindən verilməsindən imtina olunur və köhnə nəsil vəsiqələr verilir.

Məlumata görə, buna səbəb yeni elektron sistemə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tam, Ədliyyə Nazirliyinin isə qismən qoşula bilməməsidir. Son nəticədə yeni ünvanda qeydiyyata düşmüş və yenicə ailə qurmuş kişilər yeni nəsil şəxsiyyət vəsiqəsi ala bilmirlər.

Qeyd edək ki, verilməsinə bu il sentyabrın 1-dən başlanılmış yeni vəsiqələr elektron imza ilə təchiz edilib. Bununla belə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xidmət haqqını müəyyən etməməsi ilə əlaqədar elektron imzaların aktivləşdirilməsi də ləngiyir. /Report/
loading...


loading...
Muəllif: narmin  8-09-2018, 17:07   Baxılıb: 1 143   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.