Qeydiyyat    Giriş
Sayta giriş
» » SON QƏQİQƏ; Bu şəxslər şəxsiyyət vəsiqələrini dəyişməlidir, onlar isə dəyişmək məcburiyyətində deyil
Xəbərlər

SON QƏQİQƏ; Bu şəxslər şəxsiyyət vəsiqələrini dəyişməlidir, onlar isə dəyişmək məcburiyyətində deyil



SON QƏQİQƏ; Bu şəxslər şəxsiyyət vəsiqələrini dəyişməlidir, onlar isə dəyişmək məcburiyyətində deyil


“Hazırda vətəndaşlar etibarlılıq müddəti bitməmiş və qüvvədən düşməmiş şəxsiyyət vəsiqələrindən istifadəyə davam edə bilərlər. Onların vəsiqələrini dəyişdirməsi zəruri deyil”.
SaqlamHeyat.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bu sözləri “ASAN” Xidmətin şöbə müdiri Elnur Niftəliyev mətbuat konfransında deyib. O bildirib ki, bu gündən etibarən Daxili İşlər Nazirliyi tərəfindən “ASAN” xidmət mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılıb. Hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün “ASAN” xidmət mərkəzlərində və Sumqayıt regional mərkəzində başlanılacaq. Qarşıdakı günlərdə isə bütün mərkəzlərdə verilməsi nəzərdə tutulub:

“15 yaşı tamam olmuş vətəndaşlar əvvəlki qaydada 10 gün müddətində 5 AZN, 3 gün müddətində 25, 1 gün müddətində isə 35 AZN ödəyərək yeni nəsil şəxsiyyət vəsiqələrinə sahib ola bilər.

15 yaşı tamam olmayanlar isə 10 gün müddətində 4 manat, 3 gün müddətində 20, bir gün müddətində isə 25 manat odəməlidir”.

E. Niftəliyev həmçinin qeyd edib ki, biometrik şəxsiyyət vəsiqəsinə sahib olan şəxslər ailə vəziyyəti dəyişdiyi təqdirdə yeni şəxsiyyət vəsiqəsi almaq məcburiyyətində deyil:

“Onlar xidmətə yaxınlaşaraq sadəcə çip-i dəyişdirəcəklər”.
loading...


loading...
Muəllif: narmin  6-06-2019, 06:51   Baxılıb: 318   
Hormətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan kecin və ya Profilinizlə giris edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.