Qeydiyyat    Giriş
Sayta giriş
» » Yıxıldığını demişdi, bıçaqlandığı məlum oldu
Xəbərlər

Yıxıldığını demişdi, bıçaqlandığı məlum oldu



Yıxıldığını demişdi, bıçaqlandığı məlum oldu
Avqustun 7-də Bakı şəhər sakini Şahin Məmmədov yaşadığı Suraxanı rayonundakı evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Saqlamheyat.az -ın Hurriyyet.org-a istinadən verdiyi xəbərə görə, Ş.Məmmədov öz izahatında yıxıldığını bildirib. İlkin araşdırmalarla həmin gün Ş.Məmmədovla Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Abbasov arasında Əmircan qəsəbəsi ərazisində münaqişə baş verməsi və bu zaman sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə E.Abbasov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

loading...
Müəllif: nigar  13-08-2018, 07:10   Baxılıb: 409   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.