Qeydiyyat    Giriş
Sayta giriş
» » Bakıda həbsdə olan şəxsin arvadına qarşı xoşagəlməz hərəkət
Xəbərlər

Bakıda həbsdə olan şəxsin arvadına qarşı xoşagəlməz hərəkət



Bakıda həbsdə olan şəxsin arvadına qarşı xoşagəlməz hərəkət
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elşad Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxışında E.Atakişiyevin Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsinin 178.2.2 (dələduzluq, təkrar törəldildikdə) və 178.2.4-cü (xeyli miqdarda dələduzluq) maddəsinə tövsif edilməsini və onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra zərərçəkmiş Səadət Məmişova çıxış edib. O, ona dəymiş zərərdən 7 min 500 manatın ödənilmədiyini və zərərin tam ödənilməsini tələb edib.

Məhkəmənin növbəti iclası iyulun 25-nə təyin edilib.

İttiham aktına əsasən, E.Atakişiyev Bakıda həbsdə olan şəxsin həyat yoldaşı Səadət Məmişovaya qarşı dələduzluq edib. O, 2013-cü ildə özünü hüquq-mühafizə orqanlarında rəhbər şəxslərin qohumu kimi təqdim edib, həbsdə olan şəxsin azad olunmasına köməklik göstərəcəyinə dair vəd verib.

E.Atakişiyev digər zərərçəkmiş Elşad Zeynalovun isə oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini bildirib.

E.Atakişiyev S.Məmişovanın 20 min və E.Zeynalovun isə 1500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

2014-cü ildə onun barəsində cinayət işi başlanılıb, lakin həbs qətimkan tədbiri seçilməyib. Daha sonra E.Atakişiyev məhkəmə iclaslarına gəlməyib və onun barəsində axtarış elan olunub. Bu il isə o, Gəncədə həbs edilib və cinayət işi yenidən məhkəməyə göndərilib.

E.Atakişiyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilir.

Məhkəmədə elan olunmuş ittiham üzrə E.Atakişiyev özünü təqsirli bildiyini deyib.
report.az

loading...
Müəllif: nigar  27-07-2018, 22:20   Baxılıb: 168   
Hörmətli qonaq, Siz sayta qonaq qismində daxil olmusuz. Zəhmət olmasa Qeydiyyatdan keçin və ya Profilinizlə giriş edin .
İnformasiya
Qonaqlar qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.